Rəhman Hümmətov: Rəqəmsal həllər Orta Dəhlizin rəqabət üstünlüyünü gücləndirəcək
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti təkcə müasir infrastrukturla deyil, həm də rəqəmsal texnologiyaların tətbiqi ilə müəyyən edilir.
XQ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi üçün sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Nazir müavininin sözlərinə görə, “Bir Pəncərə” informasiya sistemi məhz bu məqsədlərə xidmət etməklə Orta Dəhliz üzrə yükdaşımalarının daha sürətli, şəffaf və səmərəli təşkilinə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 16 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















