Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Hacıbaba Bağırov mənim əmimdir.
Mənim nənəmin birinci nikahından olan oğludur. O həmişə mənim xatirəmdə çox gözəl, səmimi, qəlbigeniş bir insan kimi qalıb.
Hətta onunla birlikdə uşaq olanda “Alma-almaya bənzər” filmində də çəkilmişəm. O eşidəndə ki, mən də bu filmə çəkiləcəyəm çox sevindi.
Filmin çəkilişlərinə qatılanda Quba və Xaçmazda onunla birgə qalırdım. Orada Hacıbaba Bağırov üçün gözəl qonaq evi hazırlamışdılar.
Çox böyük hörmət sahibi idi. Allah ona qəni-qəni rəhmət etsin” Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru, Əməkdar inc
O daha sonra əlavə edib: “ “Alma-almaya bənzər” filminin ssenarisini heç bir rejissor çəkmirdi.
Nəhayət ki, o vaxt bu filmi çəkməyə Arif Babayevi dəvət etdilər.
Ssenari tamam başqa formada idi, Arif müəllim romantik musiqili bir film yaratdı. O filmin ətrafında hadisələr də dəyişməyə başladı.