Icma.az
close
up
RU
“Rejissor dedi ki, bir də mənim “plyonka”mı korlasan səni filmə çəkməyəcəm” Cəmil Quliyevdən ETİRAF

“Rejissor dedi ki, bir də mənim “plyonka”mı korlasan səni filmə çəkməyəcəm” Cəmil Quliyevdən ETİRAF

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hacıbaba Bağırov mənim əmimdir. Mənim nənəmin birinci nikahından olan oğludur. O həmişə mənim xatirəmdə çox gözəl, səmimi, qəlbigeniş bir insan kimi qalıb. Hətta onunla birlikdə uşaq olanda “Alma-almaya bənzər” filmində də çəkilmişəm. O eşidəndə ki, mən də bu filmə çəkiləcəyəm çox sevindi. Filmin çəkilişlərinə qatılanda Quba və Xaçmazda onunla birgə qalırdım. Orada Hacıbaba Bağırov üçün gözəl qonaq evi hazırlamışdılar. Çox böyük hörmət sahibi idi. Allah ona qəni-qəni rəhmət etsin”

Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. O daha sonra əlavə edib:

“ “Alma-almaya bənzər” filminin ssenarisini heç bir rejissor çəkmirdi. Nəhayət ki, o vaxt bu filmi çəkməyə Arif Babayevi dəvət etdilər. Ssenari tamam başqa formada idi, Arif müəllim romantik musiqili bir film yaratdı. O filmin ətrafında hadisələr də dəyişməyə başladı. Artıq insanlarda bu filmlə bağlı hansısa təəssüratlar yaranmağa başladı. Moskvada da bu filmi gözəl qəbul etmişdilər” deyə o bildirib.

Cəmil Quliyev çəkilişlərlə bağlı xatirələrini də bölüşüb:

“Filmin çəkilişləri Qubada aparılırdı. Məni avtobusla Qubaya gətirdilər. Orada birinci epizod çəkilirdi. Hacıbaba müəllim İnara xanımla gedir, mən də onların arxasınca gəlirəm. Heç vaxt filmdə çəkilməmişdim. Mən başladım onları yamsılamağa. Arif Babayev mənə həmişə ərköyün yanaşıb, çox istəyib. Bir də gördüm qışqırır ki, sən bir də mənim “plyonka”-mı korlasan mən səni mindirəcəm avtobusa göndərəcəm geri və  başqa uşaq çəkəcəm. Arif müəllim İçərişəhərdə bizim qoşumuz idi. Onun sayəsində film sahəsinə gəlmişəm. Halbuki bu filmdən öncə iki filmə dəvət gəlmişdi. Mənim o zaman 12-13 yaşım var idi. Həmin sənətkarlarda ulduz xəstəliyi yox idi. Çox qayğıkeş, insanpərvər şəxsiyyətlər idilər. Bu insanlar filmləri yaradıb getdilər. Bizim borcumuz budur ki, bu filmləri bu gün qoruyub saxlayaq” deyə Cəmil Quliyev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri