#Reklamdeyil… Doğrudanmı deyil? | Icma.az
News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Bildiyimiz reklam daşıyıcılarının əhatə dairəsi genişlənib.
Artıq təkcə küçə lövhələri, televiziya çarxları və radio elanları ilə kifayətlənmirik.
Reklam indi birbaşa telefonlarımızdadır — sosial şəbəkələrdə, xüsusilə də influenserlərin paylaşımlarında.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna edilmiş dəyişikliklər isə bu sahədə yeni bir mərhələnin başlanğıcı oldu.Bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarında paylaşdığı reklam məzmununu açıq şəkildə qeyd etməlidir.
Yəni “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi qeydlər mütləqdir.
Bundan əlavə, influenser özü istifadə etmədiyi məhsulu sanki istifadə edirmiş kimi təqdim edə bilməz.
Və nəhayət, hər bir influenser VÖEN almalı, hüquqi məlumatlarını paylaşmalıdır.
Qanun artıq qüvvədədir.Amma sual yaranır: bu qanuna əməl olunurmu?İzləyici kimi son günlərdə bu prosesi diqqətlə müşahidə edirəm.
Tam oxu
Xəbəri oxu