Icma.az
close
up
RU
#Reklamdeyil… Doğrudanmı deyil?

#Reklamdeyil… Doğrudanmı deyil?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bildiyimiz reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Artıq təkcə küçə lövhələri, televiziya çarxları və radio elanları ilə kifayətlənmirik. Reklam indi birbaşa telefonlarımızdadır — sosial şəbəkələrdə, xüsusilə də influenserlərin paylaşımlarında. Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna edilmiş dəyişikliklər isə bu sahədə yeni bir mərhələnin başlanğıcı oldu.

Bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarında paylaşdığı reklam məzmununu açıq şəkildə qeyd etməlidir. Yəni “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi qeydlər mütləqdir. Bundan əlavə, influenser özü istifadə etmədiyi məhsulu sanki istifadə edirmiş kimi təqdim edə bilməz. Və nəhayət, hər bir influenser VÖEN almalı, hüquqi məlumatlarını paylaşmalıdır. Qanun artıq qüvvədədir.

Amma sual yaranır: bu qanuna əməl olunurmu?

İzləyici kimi son günlərdə bu prosesi diqqətlə müşahidə edirəm. Bəzi bloqerlər dəyişikliklərə ciddi yanaşsa da, digərləri hələ də #reklamdeyil etiketi ilə bizi inandırmağa çalışır. Ancaq bir məhsul eyni gündə üç fərqli bloqerin səhifəsində eyni tərzdə paylaşılırsa, bu “təsadüf” sayıla bilərmi? Bəs o zaman məhsulun rəsmi səhifəsini paylaşımda işarələmək nə deməkdir? Əgər bu reklam deyilsə, bəs nədir?

Bəzən bloqerlərə məhsul pul qarşılığında yox, hədiyyə adıyla göndərilir. Onlar da bunu sadəcə #hədiyyə deyərək paylaşır və bunun reklam olmadığını iddia edirlər. Amma bu üsul məsuliyyətdən yayınmağın daha rahat və risksiz yoludur. Pul almamışam deyə, reklam etməmişəm – yanaşması. Halbuki nəticə eynidir: izləyici yönləndirilir, şirkət qazanır, amma heç kim buna “reklam” demir.

Digər bir məsələ isə “reklam” qeydlərinin görünməz yerlərdə gizlədilməsi ilə bağlıdır. Paylaşım reklam xarakterlidir və üzərində #reklam qeyd olunub, bəs harada? İlk baxışda görünəcək heç bir yerdə rast gəlmirik. Diqqətlə baxsaq, ad hissəsinin altında, yuxarıda gözə çarpmayan şəkildə gizlədilmiş bir #reklam yazısı ilə qarşılaşırıq. Bu, izləyicini avam yerinə qoymaq deyilmi? Yoxsa reklam şirkətləri ilə influenserlər arasında qurulmuş səssiz bir oyunun nəticəsidir?

Bəs travel şirkətləri ilə əməkdaşlıq edən bloqerlərin etdikləri paylaşımlar? Onlar bunu reklam yox, #tövsiyə kimi təqdim etməklə nə əldə edirlər? İllərdir izləyicilərdən “mənə filan sahədə məsləhət verin” deyib, daha sonra guya həmin şirkət və ya məhsulu “siz seçdiniz” deyə təqdim etmirlərmi? Belə olan halda, “biz vergi ödəyirik” deməklə məsuliyyət bitirmi?

Əgər şəffaflıq və etibarlılıq istəyiriksə, bu sadə suallara dürüst cavab vermək vacibdir. Reklam varsa, var. Yoxdursa, o zaman bizi inandırmaq üçün bu qədər səy nəyə lazımdır?

Axı bu məsələdə qazanan da, aldanan da izləyicidir.

\\manset.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri