Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasında (ÇL) arxada qalan liqa mərhələsində özünü ən yaxşı tərəfdən göstərən futbolçuların kimliyi üzərində çox da baş sındırmağa dəyməz.
Bu mərhələnin rəmzi komandasına daha çox layiq olan 11 oyunçunun parlaq çıxışını qısaca xatırlayaq.qapıçıEmiliano Martines (Aston Villa).
Yan Zommer 8 oyunda topu qapısından yalnız bir dəfə çıxarıb. “İnter”in veteran qapıçısı sırf bu fakta görə rəmzi komandada olmalı idi.
Onun komandasının müdafiə xəttinin çox güclü olduğu heç kimə sirr deyil. Amma Martines də çox sayda seyvləri ilə əməlli-başlı zəhmət çəkib.
6 top buraxsa da, qapı çərçivəsinə yönələn zərbələrin 87,2 faizini dəf edib.
Daim arxa xətt oyunçularına göstəriş və ümid verməsi isə argentinalı dünya çempionunun Yan ilə müqayisədə komandasının uğurlu çıxışı üçün daha çox tər tökdüyünü deməyə əsas verir.müdafiəçilərDenzel Dyumfris (İnter).
Əşrəf Hakimi əsasən zəif rəqiblərlə oyunlarda komandası üçün dəfələrlə qol vurmaq imkanı yaradıb.