Icma.az
close
up
RU
Rəmzi komandaya kimlər daha layiqdilər?

Rəmzi komandaya kimlər daha layiqdilər?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasında (ÇL) arxada qalan liqa mərhələsində özünü ən yaxşı tərəfdən göstərən futbolçuların kimliyi üzərində çox da baş sındırmağa dəyməz.

Bu mərhələnin rəmzi komandasına daha çox layiq olan 11 oyunçunun parlaq çıxışını qısaca xatırlayaq.
qapıçı
Emiliano Martines (Aston Villa). Yan Zommer 8 oyunda topu qapısından yalnız bir dəfə çıxarıb. “İnter”in veteran qapıçısı sırf bu fakta görə rəmzi komandada olmalı idi. Onun komandasının müdafiə xəttinin çox güclü olduğu heç kimə sirr deyil. Amma Martines də çox sayda seyvləri ilə əməlli-başlı zəhmət çəkib. 6 top buraxsa da, qapı çərçivəsinə yönələn zərbələrin 87,2 faizini dəf edib. Daim arxa xətt oyunçularına göstəriş və ümid verməsi isə argentinalı dünya çempionunun Yan ilə müqayisədə komandasının uğurlu çıxışı üçün daha çox tər tökdüyünü deməyə əsas verir.
müdafiəçilər
Denzel Dyumfris (İnter). Əşrəf Hakimi əsasən zəif rəqiblərlə oyunlarda komandası üçün dəfələrlə qol vurmaq imkanı yaradıb. Amma PSJ liqa mərhələsinin ən uğurlu iştirakçıları sırasında deyil. Dyumfris isə qapısından yalnız bir top buraxan komandanın oyunçusudu. Onun sağ cinahda mövcudluğu “İnter”in həm müdafiəsini, həm də hücumunu gücləndirir.
İbrahima Konate (Liverpul). “Liverpul”un cinah müdafiəçilərinin tez-tez hücuma atıldığı hamıya bəllidi. Mərkəzdə rəqib hücumlarının qarşısını almaq funksiyası isə Vircil van Diyk ilə Konatenin üzərinə düşür. ÇL-də bu planda fransalı İbrahimanın daha səliqəli oynadığı faktdı.
Qabriel Maqalyans (Arsenal). Braziliyalı müdafiəçi həm arxa xətdə inamlı oynayıb, həm də yeri gələndə komandasının hücumlarını gücləndirib. Qabrielin standart vəziyyətlər zamanı rəqib müdafiəsinə dəfələrlə probemlər yaratması oyundaşları üçün qapıya yol tapmaq fürsəti olub.
Alexandro Qrimaldo (Bayer-04). Bir neçə il əvvəl hazırkı klubuna azad agent kimi gələn ispaniyalı futbolçu Almaniya çempionatı və Avropa Liqasından sonra ÇL-də də özünü universal futbolçu kimi göstərib. Alexandro həm müdafiə, həm də hücum planında “Bayer-04”ə daha çox faydalı olan oyunçulardandı.
yarımmüdafiəçilər
Malik Tillman (PSV). Gənc amerikalı universallığı ilə yadda qalıb. Zədə səbəbindən “Liverpul”a (3:2) qarşı vacib oyunda iştirak etməsə də, xüsusilə “Jirona” (4:0) və “Şaxtyor”la (3:2) matçlardakı məhsuldar çıxışı ilə komandasına çox fayda verib.
Şarl de Ketelare (Atalanta). Şarl artıq ikinci mövsümdü özünü “Atalanta”nın vurduğu qollarda böyük pay sahibi kimi göstərir. “Qol+ötürmə” sistemi üzrə 9 bal toplayan belçikalı ÇL-də komandasının hücum potensialını təşkil edən əsas oyunçudu.
Florian Virts (Bayer-04). O, Erlinq Holann, Harri Keyn və Viktor Dyökereş kimi mərkəz hücumçuları qədər – 6 qol vurub. ÇL təcrübəsi olmayan 21 yaşlı yarımmüdafiəçi üçün çox yaxşı göstəricidi.
hücumçular
Vinisius Junior (Real). 7 qol vurub 1 məhsuldar ötürmə edən braziliyalı Dortmund “Borussiya”sı ilə matçda (5:2) het-trik, “Atalanta”ya qarşı daha bir vacib oyunda (3:2) isə qol və assist ilə “Real”a faydalı olub.
Robert Levandovski (Barselona). Seru Girassi (Borussiya D) 9 qolla əsas mərhələnin şərikli bombardiridi. Lakin polşalı Levandovski hücum xəttində komandasına məhsuldar və kəskin ötürmələr verməklə də faydalı olub.
Rafinya (Barselona). “Barselona”nın daha çox – 28 qol vurmasında braziliyalı vingerin də böyük payı var. Rafinya 8 qol və 4 assist ilə rəmzi komandadan əsla kənarda qala bilməzdi!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri