Renduliçlə biganə vidalaşma Musayevdən fərqli olaraq... | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. “Sabah” Krunoslav Renduliçlə yoları ayırdı.
7 oyundu qələbəyə üzünə həsrət qalan klubun belə addım atması gözlənilən idi.
Renduliç ümidləri doğrultmadı.51 yaşlı mütəxəssis “Sabah”a bu ilin martında gətirilmişdi.
Xorvatiyal ilə 2025-ci ilin yayına qədər müqavilə imzalansa da, fəaliyyəti cəmi 265 gün çəkdi.
Onun “Sabah”da debütü 2023/24 mövsümünün 27-ci turuna təsadüf edib.
Martın 17-dəki qarşılaşmada Renduliçin komandası 2:1 hesablı qələbə qazanmışdı.
Maraqlıdı ki, Renduliç gələndə də, gedəndə də “Sabah” 5-ci yerdə olub.Bir çoxları “Sabah”ın tarixində ən uğurlu məşqçi kimi Murad Musayevi görür.
Hansı ki, 2021-ci ilin noyabrından "Sabah"ın “sükanı arxasında” idi. Rusiyalı çalışdırıcının Azərbaycandakı fəaliyyəti 824 gün çəkdi.
Tam oxu
Xəbəri oxu