Icma.az
close
up
RU
Renduliçlə biganə vidalaşma Musayevdən fərqli olaraq...

Renduliçlə biganə vidalaşma Musayevdən fərqli olaraq...

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sabah” Krunoslav Renduliçlə yoları ayırdı. 7 oyundu qələbəyə üzünə həsrət qalan klubun belə addım atması gözlənilən idi. Renduliç ümidləri doğrultmadı.

51 yaşlı mütəxəssis “Sabah”a bu ilin martında gətirilmişdi. Xorvatiyal ilə 2025-ci ilin yayına qədər müqavilə imzalansa da, fəaliyyəti cəmi 265 gün çəkdi. Onun “Sabah”da debütü 2023/24 mövsümünün 27-ci turuna təsadüf edib. Martın 17-dəki qarşılaşmada Renduliçin komandası 2:1 hesablı qələbə qazanmışdı. Maraqlıdı ki, Renduliç gələndə də, gedəndə də “Sabah” 5-ci yerdə olub.
Bir çoxları “Sabah”ın tarixində ən uğurlu məşqçi kimi Murad Musayevi görür. Hansı ki, 2021-ci ilin noyabrından "Sabah"ın “sükanı arxasında” idi. Rusiyalı çalışdırıcının Azərbaycandakı fəaliyyəti 824 gün çəkdi. Komanda onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Bayquşlar" ölkə çempionatının 2022/23 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Musayev bu ilin fevralında ardıcıl uğursuzluqlardan, xüsusən də kubokun 1/4 finalında “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
Məsələnin maraqlı tərəfi ondadı ki, 41 yaşlı məşqçi gedərkən “Sabah” onun oyunlarının statistikasını, nəticələrini də paylaşıb, işinə görə təşəkkür edib. Heç kim deməsin ki, xorvatiyalıya da eyni jest edilib. Renduliç üçün sadəcə, “təşəkkür” yazılıb, vəssalam. “Professor”un gedişi üçün videoçarx hazırlanmışdı. Xorvatiyalıya nə video, nə də əlavə jest...
RÖYANƏ OĞUZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri