Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişl…
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Report" İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi bu il imzalanmış memorandum çərçivəsində əməkdaşlığı genişləndirir.
"Report" xəbər verir ki, "Rio Üçlüyü" təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır.
Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin (CSC) rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi "BakuTV"yə müsahibəsində tərəfdaşlığın detallarını bölüşüb və Mərkəzin iqlim proqramlarının həyata keçirilməsində strateji rolu barədə danışıb.
"Report" ilə əməkdaşlıq çərçivəsində COP29-un şüarı olan "Yaşıl dünya naminə həmrəylik" mövzusunda bir neçə tədbir təşkil etmişik.
Bu tərəfdaşlıq sayəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dayanıqlı inkişaf və iqlim məsələləri ilə bağlı əməkdaşlığı dərindən öyrənirik.
Təşəbbüslərimiz iqlim sahəsində dəstək məqsədi daşıyan konfranslar, vebinarlar və digər tədbirləri əhatə edir", - Mərkəz rəhbəri bildirib.
Nurunnabinin sözlərinə görə, Yaxın Şərqin "yaşıl təşəbbüsü" və Səudiyyə Ərəbistanının "yaşıl təşəbbüsü" çərçivəsində 77 layihə iqlim dəyişikliyi ilə mübarizə səylərinin ayrılmaz tərkib hissəsidir.
Tam oxu
Xəbəri oxu