Icma.az
close
up
RU
Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Report" İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi bu il imzalanmış memorandum çərçivəsində əməkdaşlığı genişləndirir.

"Report" xəbər verir ki, "Rio Üçlüyü" təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır.

Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin (CSC) rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi "BakuTV"yə müsahibəsində tərəfdaşlığın detallarını bölüşüb və Mərkəzin iqlim proqramlarının həyata keçirilməsində strateji rolu barədə danışıb.

"Report" ilə əməkdaşlıq çərçivəsində COP29-un şüarı olan "Yaşıl dünya naminə həmrəylik" mövzusunda bir neçə tədbir təşkil etmişik. Bu tərəfdaşlıq sayəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dayanıqlı inkişaf və iqlim məsələləri ilə bağlı əməkdaşlığı dərindən öyrənirik. Təşəbbüslərimiz iqlim sahəsində dəstək məqsədi daşıyan konfranslar, vebinarlar və digər tədbirləri əhatə edir", - Mərkəz rəhbəri bildirib.

Nurunnabinin sözlərinə görə, Yaxın Şərqin "yaşıl təşəbbüsü" və Səudiyyə Ərəbistanının "yaşıl təşəbbüsü" çərçivəsində 77 layihə iqlim dəyişikliyi ilə mübarizə səylərinin ayrılmaz tərkib hissəsidir.

"Səudiyyə Ərəbistanı, Azərbaycan və digər ölkələr arasında əməkdaşlıq planetin dayanıqlı inkişafına nail olmaqda həlledici əhəmiyyət kəsb edir. İnanıram ki, bu platformalar vasitəsilə əhəmiyyətli dəyişikliklərə nail ola biləcəyik. Azərbaycanda konfransda iştirak təcrübəsi inanılmaz dərəcədə faydalı oldu. İnsanlar, şəhər və ölkə möhtəşəmdir. Ölkənin və regionun dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi üçün əlamətdar hadisə olacaq COP29-da iştirak etmək mənim üçün böyük şərəfdir", - Mərkəzin rəhbəri qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında "Report" İnformasiya Agentliyi və Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi imza atıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri