Icma.az bildirir, Manset portalına istinadən. Ìnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri
Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühim vasitə olub.
Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub.
Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi.
Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu.
Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi.
Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir.
Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.