Icma.az
close
up
RU
Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Icma.az bildirir, Manset portalına istinadən.

Ìnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri də diplomatiyadır. Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühim vasitə olub. Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub. Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi. Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu. Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi. Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.
 

Həmçinin, rəqəmsal diplomatiya dövlətlərə daha çevik və sürətli qərar qəbul etmə imkanı verir. Ənənəvi diplomatiya ilə müqayisədə, rəqəmsal diplomatiya daha çox zamanın sürətlə keçdiyi bir dövrdə həyata keçirilir. Bu sürət diplomatik reaksiyaların ani olmasını təmin edir və dövlətlərə daha dinamik bir xarici siyasət həyata keçirməyə imkan yaradır. Məsələn, böyük beynəlxalq münaqişələr zamanı dövlətlər sosial media vasitəsilə təcili reaksiya verməyə başladılar. Ancaq bu sürət bəzən problemi daha da böyüdə bilər, çünki qeyri-dəqiq və yanlış məlumatların sürətlə yayılması beynəlxalq səviyyədə anlaşılmazlıqlara səbəb ola bilər. Bu baxımdan, dövlətlər rəqəmsal diplomatiyanın gətirdiyi sürət və geniş əlaqə imkanlarından istifadə edərkən eyni zamanda, bu platformalarda yayılan məlumatların doğruluğunu diqqətlə yoxlamalıdırlar.

Bir çox beynəlxalq təşkilatlar və dövlətlər rəqəmsal diplomatiyanın  üstünlüklərini qəbul edərək, ondan daha effektiv istifadə etmək üçün müvafiq strategiyalar və təlimatlar hazırlayırlar. Rəqəmsal diplomatiya həmçinin, dövlətlərə  daha şəffaf və açıq münasibət qurmağa kömək edir. Bu da dövlətlər arasında  qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını artırır, eyni zamanda beynəlxalq  aləmdə şəffaflıq və açıq diplomatiya prinsipinin güclənməsinə səbəb olur.

Beləliklə, məqalənin məzmununda rəqəmsal və ənənəvi diplomatiya arasındakı fərqlərlə, eyni zamanda hər birinin əhəmiyyəti ilə tanış olduqdan sonra gəldiyim nəticəni əsaslandırmaq üçün rəqəmsal və ənənəvi diplomatiyanın mənfi və müsbət cəhətlərini qeyd etmək istərdim. Fikrimcə, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri var. Düzdür, rəqəmsal diplomatiya texnoloji inkişafla əlaqədar olaraq dövlətlər və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha sürətli və asan edir. Amma düşünürəm ki, ənənəvi diplomatiyanın rolu hələ də böyükdür. Çünki, üz-üzə görüşlər, şəxsi müzakirələr və etibar üzərində qurulan əlaqələr, xüsusən də strateji və uzunmüddətli məsələlərdə çox önəmlidir. Eyni zamanda, rəqəmsal diplomatiya böhran vəziyyətlərində də faydalıdır. Doğrudur, bunu inkar etmək olmaz, amma bu zaman əgər məlumatlar yanlış yayılar, dezinformasiya halları baş verərsə, bu dövlətlər arasında diplomatik böhranlara yol aça bilər. Ona görə də, fikrimcə, bu məsələyə böyük diqqət yetirilməlidir. Lakin buna baxmayaraq rəqəmsal diplomatiyanın sevdiyim cəhəti odur ki, böyük münaqişələr zamanı, dövlətlər sosial media vasitəsilə təcili reaksiya verə bilirlər.

Ənənəvi diplomatiyanın sevdiyim cəhəti bu diplomatiya modelinin çox vaxt təmkin tələb etməsidir. Eyni zamanda ənənəvi diplomatiyanın uzunmüddətli, strateji və dərin müzakirələrə yönəlməsini də bir digər müsbət hal kimi qeyd etmək mümkündür. Lakin bütün bu qeyd etdiklərimi nəzərdən keçirdikdən sonra buradakı xüsusi bir məqamı ortaya çıxardım. O da həm ənənəvi, həm də rəqəmsal diplomatiyanın başlıca xüsusiyyətinin qabaqlayıcı, dəstəkləyici və tamamlayıcı olmasıdır. Bununla da əslində girişdə qeyd etdiyim "rəqəmsal yoxsa, ənənəvi diplomatiya" sualına bir növ cavab tapmış oldum. Fikirlərimi ümumiləşdirib daha da konkretləşdirsəm, onu deyə bilərəm ki, hər iki diplomatiyanın öz yeri ve əhəmiyyəti var. Bu səbəbdən dövlətlər üçün ən optimal yanaşma rəqəmsal ve ənənəvi diplomatiyanı qarşılıqlı şəkildə istifadə edərək, qlobal əlaqələri daha sağlam və effektiv şəkildə qurmaqdır. Daha konkret ifadə etsəm, rəqəmsal diplomatiya ənənəvi diplomatiyanın güclü tərəflərini tamamlayaraq dövlətlərə qlobal siyasətdə daha effektiv olmaq üçün imkanlar təqdim edir.

Nəsibova Gülşən Rüfət qızı

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Fakültə: Siyasi idarəetmə

İxtisas: Politologiya

Qrup: P231

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 09 Dekabr 2024 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri