Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zaqatala rayonunda 1984-cü il təvəllüdlü Səbuhi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. Səbuhi həmin gün saat 13 radələrində sərxoş vəziyyətdə onunla qonşuluqda yaşayan əmisi Əmirin evinin həyətindəki altıaçıqda arvadı ilə ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə arvadının üz nahiyəsinə yumruqla zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarət yetirib.
Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Sevil ilə ailə həyatı qurub: “Ailə həyatı qurandan sonra valideyinlərim ilə, daha sonra yaxınlıqda yerləşən özümə verilmiş ayrıca evdə yaşamışam. Birgə nikahımızdan 3 övladımız var. Birgə yaşadığımız dövür də qısqanclıq zəminində, eləcə də Sevilin evdə mənə yemək vermədiyi üçün, geyim əşyalarımı yumadığı üçün onunla mütəmadi olaraq mübahisələrimiz olub. Təxminən 2 il əvvəl Sevil məndən boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin bir müddət keçəndən sonra barışmışıq”.
Təqsirləndirilən şəxs bildirib ki, sentyabrın 25-də, saat 13 radələrində mağazadan iki şüşə “Xırdalan” pivəsi alaraq həmin mağazanın qarşısında içib: “Daha sonra mağazadan çıxaraq öz evimə getdim. Evin arxasında fındıq yığan arvadım Sevilin yanına yaxınlaşaraq ona anam Kəmaləni niyə həyətimizə buraxmadığını, mübahisə etdiyini soruşdum. Həmin vaxt aramızda mübahisə baş verdi. Mübahisə zamanı Sevil fındıq bağından çıxdı və yan qonşusu olan əmimin həyətyanı sahəsinə getdi. Sevilin arxasınca gedərək həmin həyətdən getməsini tələb etdim. Orada təkrar onunla aramızda mübahisə baş verdi. Mübahisə zamanı Sevil mənə xoşagəlməz sözlər dediyi üçün əsəbləşdim və onun qollarından tutdum, sonra burnuna bir dəfə zərbə vurdum. Daha sonra isə onu itələyərək evə getməsini söylədim. Həmin vaxt ora anam gəldi və məndən oradan getməyimi tələb etdi. Mən də oradan getdim”.
İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, həyat yoldaşı Səbuhi təxminən 2018-ci ildən mütəmadi olaraq spirtli içki içərək sərxoş vəziyyətdə evə gəlib və qısqanclıq zəminində onunla mübahisə edib: “Sentyabrın 25-də, saat 13 radələrində yaşadığım evin arxasında olan fındıq bağında tək fındıq yığmışam. Fındıq yığarkən mobil telefonumda musiqiyə qulaq asmışam. Həmin vaxt Səbuhi sərxoş vəziyyətdə bağa gələrək mənə yaxınlaşdı. Səbuhinin mobil telefonla məni çəkdiyini gördüm və zarafat üçün əlim ilə rəqs hərəkəti etdim. Həmin vaxt Səbuhi telefonda musiqiyə qulaq asmağıma qısqandı və mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı fındıq bağından çıxdım və yan qonşumuz olan Səbuhinin əmisi evinin həyətinə keçdim. Həmin vaxt Səbuhinin məndən əvvəl həmin həyətə çatdığını gördüm. O, əmisinin həyətinə keçdiyimi bəhanə gətirdi, mənimlə mübahisə etdi. Sonra belimə, burnuma yumruqla zərbələr vuraraq məni döydü. Mübahisə səsimizə eyni həyətdə yaşayan qayınanam gəldi və Səbuhini ayıraraq öz evinə apardı. Burnumdan gələn qanı gördüm və b tibbi yardım almaq üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasına getdim”.
Zərərçəkmiş ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını göstərib. Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. Səbuhi həmin gün saat 13 radələrində sərxoş vəziyyətdə onunla qonşuluqda yaşayan əmisi Əmirin evinin həyətindəki altıaçıqda arvadı ilə ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə arvadının üz nahiyəsinə yumruqla zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarət yetirib.