Icma.az
close
up
RU
Rəqs edən arvadını videoya çəkdi, sonra da döydü Nə yemək verirdi, nə paltarlarımı yuyurdu

Rəqs edən arvadını videoya çəkdi, sonra da döydü Nə yemək verirdi, nə paltarlarımı yuyurdu

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaqatala rayonunda 1984-cü il təvəllüdlü Səbuhi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. Səbuhi həmin gün saat 13 radələrində sərxoş vəziyyətdə onunla qonşuluqda yaşayan əmisi Əmirin evinin həyətindəki altıaçıqda arvadı ilə ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə arvadının üz nahiyəsinə yumruqla zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarət yetirib.
Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Sevil ilə ailə həyatı qurub: “Ailə həyatı qurandan sonra valideyinlərim ilə, daha sonra yaxınlıqda yerləşən özümə verilmiş ayrıca evdə yaşamışam. Birgə nikahımızdan 3 övladımız var. Birgə yaşadığımız dövür də qısqanclıq zəminində, eləcə də Sevilin evdə mənə yemək vermədiyi üçün, geyim əşyalarımı yumadığı üçün onunla mütəmadi olaraq mübahisələrimiz olub. Təxminən 2 il əvvəl Sevil məndən boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin bir müddət keçəndən sonra barışmışıq”. 
Təqsirləndirilən şəxs bildirib ki, sentyabrın 25-də, saat 13 radələrində mağazadan iki şüşə “Xırdalan” pivəsi alaraq həmin mağazanın qarşısında içib: “Daha sonra mağazadan çıxaraq öz evimə getdim. Evin arxasında fındıq yığan arvadım Sevilin yanına yaxınlaşaraq ona anam Kəmaləni niyə həyətimizə buraxmadığını, mübahisə etdiyini soruşdum. Həmin vaxt aramızda mübahisə baş verdi. Mübahisə zamanı Sevil fındıq bağından çıxdı və yan qonşusu olan əmimin həyətyanı sahəsinə getdi. Sevilin arxasınca gedərək həmin həyətdən getməsini tələb etdim. Orada təkrar onunla aramızda mübahisə baş verdi. Mübahisə zamanı Sevil mənə xoşagəlməz sözlər dediyi üçün əsəbləşdim və onun qollarından tutdum, sonra burnuna bir dəfə zərbə vurdum. Daha sonra isə onu itələyərək evə getməsini söylədim. Həmin vaxt ora anam gəldi və məndən oradan getməyimi tələb etdi. Mən də oradan getdim”.
İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, həyat yoldaşı Səbuhi təxminən 2018-ci ildən mütəmadi olaraq spirtli içki içərək sərxoş vəziyyətdə evə gəlib və qısqanclıq zəminində onunla mübahisə edib: “Sentyabrın 25-də, saat 13 radələrində yaşadığım evin arxasında olan fındıq bağında tək fındıq yığmışam. Fındıq yığarkən mobil telefonumda musiqiyə qulaq asmışam. Həmin vaxt Səbuhi sərxoş vəziyyətdə bağa gələrək mənə yaxınlaşdı. Səbuhinin mobil telefonla məni çəkdiyini gördüm və zarafat üçün əlim ilə rəqs hərəkəti etdim. Həmin vaxt Səbuhi telefonda musiqiyə qulaq asmağıma qısqandı və mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı fındıq bağından çıxdım və yan qonşumuz olan Səbuhinin əmisi evinin həyətinə keçdim. Həmin vaxt Səbuhinin məndən əvvəl həmin həyətə çatdığını gördüm. O, əmisinin həyətinə keçdiyimi bəhanə gətirdi, mənimlə mübahisə etdi. Sonra belimə, burnuma yumruqla zərbələr vuraraq məni döydü. Mübahisə səsimizə eyni həyətdə yaşayan qayınanam gəldi və Səbuhini ayıraraq öz evinə apardı. Burnumdan gələn qanı gördüm və b tibbi yardım almaq üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasına getdim”. 
Zərərçəkmiş ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını göstərib. Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri