Icma.az bildirir, Apasport portalına istinadən. Misli Premyer Liqasının VIII turunun "Sabah" - "Zirə" matçından (3:0) sonra qonaqların baş m
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. "Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq.
"Hayduk"a qarşı Xorvatiyadakı əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq. Son dəfə 29-cu turda "Qarabağ"a uduzmuşduq.
Nə vaxtsa, uduzacağımız aydın idi. Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı.
Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq.
Səfərdə "Sabah" kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik.
Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı.
Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik.