Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”

Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının VIII turunun "Sabah" - "Zirə" matçından (3:0) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq. "Hayduk"a qarşı Xorvatiyadakı əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq. Son dəfə 29-cu turda "Qarabağ"a uduzmuşduq. Nə vaxtsa, uduzacağımız aydın idi. Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq. Səfərdə "Sabah" kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik. Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı, səhvlərimizi təhlil edib, nəticə çıxararaq növbəti oyuna hazırlaşacağıq".

- Razısız ki, son vaxtlarda bu qədər zəif oynamamışdınız...
- 
Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 aparıcı oyunçunun olmamasını bizim kimi komandalar üçün çox çətindir. 1-2 futbolçunu ola bilər. Amma əsas heyətin 6-7 oyunçusunu itirdikdən sonra yerini doldurmaq çətindir. Oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxanda, boşluğu doldurmaq çox çətindir. Çalışdıq. Bizim üçün son gözlənilməz itki İsmayıl İbrahimli və Ceyhun Nuriyev idi. Çalışırdıq ki, onlara qədər olan itkiləri həll edək, boşluqları dolduraq. Əlavə o iki itki də oldu. Oyunun gedişində də hiss edilirdi.

- Milli komandamızın Ukrayna ilə matçında Şahruddin Məhəmmədəliyev cəzalı duruma düşdü. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib, onun milli yolunu açmağı düşünürsünüz?
- 
Belə planımız var. Amma son qərarı oyuna yaxın, həftəiçi məşqlərdən sonra verəcəyik.

Yığmamız Millətlər Liqasında növbəti qələbəsini qazanıb Günün canlı yayımlanacaq qarşılaşmaları Zubir Premyer Liqada 50-ci qolunu vurub “Simurq”un rekordu təkrarlanıb Səfərdə 25-ci böyükhesablı qələbə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri