Rəşad Sadıqov: Nəticələrə görə hamımız məyusuq | Icma.az
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Zirə" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.
Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Maraqlı oyun alındı.
Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı.
"Neftçi Arena" möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyunboyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq.
60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq.
O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur.
Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm.
Tam oxu
Xəbəri oxu