Icma.az
close
up
RU
Rəşad Sadıqov: Nəticələrə görə hamımız məyusuq

Rəşad Sadıqov: Nəticələrə görə hamımız məyusuq

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. "Neftçi Arena" möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyunboyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Meydanda keyfiyyətli futbol var idi.

- Oyundan sonra azarkeşlər Qismət Alıyevə nələrsə deyirdilər. Yəqin ki, qələbəsizlikdən narazı idilər. Sizcə, azarkeşlər haqlıdırlar?

- Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları birlikdə qazanmışıq. Bilmirəm aralarında nə söhbət olub. Azarkeşdir, həmişə iradını bildirə bilər. Yaxşı, çətin günlərimizdə yanımızda olurlar. Bunu normal qarşılayıram.

- Yaydakı "Zirə" ilə indiki "Zirə" arasında fərq nədir? 

- Bu sual hər məğlubiyyətdən sonra verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bugünkü oyunla keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Müəyyən detallar var oyunumuzda, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Keçid etmək asan deyil. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallarımızı toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik.

- Qurban Qurbanov bildirib ki, mənə milliyə baş məşqçi gətirilib-gətirilməyəcyimlə bağlı sual verməyin. Millinin İsveçə məğlubiyyəti, D Liqasına düşməsi sizi nə qədər təəssüfləndirir? Deyilənə görə, yığmaya yerli mütəxəssis gətirmək istəyirlər...

- Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə görə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Yeri deyil indi. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır. 

- Limit məsələsi "Zirə"nin istədiklərini həyata keçirməyə nə qədər mane olur?

- Son periodda yerli futbolçularla bağlı sıxıntılarımız oldu. Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. Konfrans Liqasında DAK-la matçda 5 yerli ilə oynayırdıq. Çempionatda heyəti elə formalaşdırasan, əvəzetmələri elə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli futbolçu ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri