Resepti gizlədilən və ancaq imperator ailəsinin içdiyi MÖCÜZƏVİ ÇAY | Icma.az
Icma.az bildirir, Saglamolun portalına istinadən. Çay içməyi hər birimiz xoşlayırıq.
Xüsusilə də yaşıl çayın sağlamlığa olduqca faydalı olduğu bilinir.
Amma son zamanlar ondan da faydalı bir çay növünün, ağ çayın olması barədə mütəxəssislər məlumat verir.
Bəs ağ çayı digər qara və yaşıl çaydan fərqləndirən əlamətlər hansılardır. Ailem.az bununla bağlı faydalı məlumatı diqqətinizə çatdırır.
Ağ çay əslində qara çay və yaşıl çayla eyni bitkidən əldə edilir.
Camellia Sinensis adı verilən bitkidən əldə edilən çayların arasındakı fərqi isə həm seçilən yarpaqlardan, həm də hazırlanma formasından qaynaqlanır.
Bu çaylar eyni bitkidən toplanmış olsalar da, ləzzətləri bir - birindən olduqca fərqlidir. Ağ çayın tarixi Çinə dayanır.
Bu çayın çox faydalı olduğu bilindiyindən, xarici ölkələrdən gizlin saxlanmış və sadəcə imperator ailəsi üçün istehsal olunmuşdur.
Tam oxu
Xəbəri oxu