Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Günü…
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Konsert proqramı Şüvəlan qəsəbə Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Səma” rəqs ansamblı tərəfindən təqdim olunub.
Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Proqram çərçivəsində “Səma” ansamblı dünya xalqlarının silsilə milli rəqslərini təqdim edib.
Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva vurğulayıb ki, bu cür mədəni bayramda uşaqların çoxluq təşkil etməsi onun qəlbini sevinc və qürur hissi ilə doldurur.
Tam oxu
Xəbəri oxu