Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Konsert proqramı Şüvəlan qəsəbə Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Səma” rəqs ansamblı tərəfindən təqdim olunub.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Proqram çərçivəsində “Səma” ansamblı dünya xalqlarının silsilə milli rəqslərini təqdim edib.

Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva vurğulayıb ki, bu cür mədəni bayramda uşaqların çoxluq təşkil etməsi onun qəlbini sevinc və qürur hissi ilə doldurur.

Günay Əfəndiyeva xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa işləri uğurla davam etdirilir.

“Əslində, qardaş dövlətlərin dəstəyi ilə bu proses daha da intensiv gedir. Bu gün Füzulidə Özbəkistan tərəfindən inşa edilən məktəb, Ağdamda Qırğızıstanın təməlini qoyduğu məktəb, Cəbrayılda Macarıstan məktəbi artıq fəaliyyət göstərir, həmçinin Qazaxıstan tərəfindən inşa edilmiş Yaradıcılıq Mərkəzi də fəaliyyətə başlayıb. Bütün bu layihələr uşaqlarımızın gələcəyinə qoyulan sərmayədir, onların rifahlı və ləyaqətli həyatlarının təməlidir”, – deyə deputat bildirib.

O, tədbirdə iştirak edən hər kəsə, xüsusilə istedadlı və parlaq uşaqları böyüdən valideynlərə təşəkkür edib.

Günay Əfəndiyeva ansamblın beynəlxalq arenadakı uğurlarını da xüsusi vurğulayıb:

“Yaxın günlərdə “Səma” rəqs ansamblı Türkiyənin TRT telekanalı tərəfindən təşkil olunan 23 Aprel – Milli Uşaq Bayramına həsr olunmuş tədbirlərdə böyük uğurla iştirak edib. Hətta iştirakçılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşmək imkanı da əldə ediblər. Bu, hamımız üçün böyük şərəf və nailiyyətdir”.

Çıxışının sonunda deputat Əfəndiyeva “Səma” kollektivinə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra “Səma” ansamblının rəhbəri Səma Nağıyeva çıxış edərək tədbirə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Günay Əfəndiyeva bildirib ki, bu gün Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Səma” kollektivinin konserti sadəcə bayram tədbiri deyil, həm də mühüm mədəni mesajdır:

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra ölkəmizin hər guşəsindən, o cümlədən azad edilmiş torpaqlardan uşaq gülüşləri və səslərinin eşidilməsi ürəkləri xüsusi bir sevinclə doldurur”, – deyə o qeyd edib.

Müsahibimiz əlavə edib ki, səhnədə çıxış edən uşaqlar yalnız türk xalqlarının deyil, həm də dünyanın müxtəlif xalqlarının xoreoqrafik ənənələrini təqdim ediblər.

“Bu gün səhnədə bir çox xalqların mədəniyyətləri görüşdü. Azərbaycanın dünyaya necə açıq olduğunun, öz mədəni dəyərlərinə necə sadiq olduğunun və eyni zamanda dünya irsinə necə hörmətlə yanaşdığının şahidi olduq. Belə tədbirlər xüsusilə gənc nəsil üçün böyük tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyır”, – deyə deputat Əfəndiyeva vurğulayıb.

Uşaq yaradıcılığının inkişafının əhəmiyyətindən danışan deputat bildirib:

“Uşaqlarımızda böyük potensial var və bizim vəzifəmiz bu istedadları vaxtında üzə çıxarmaqdır. Mədəniyyət və incəsənət uşaqların özlərini ifadə edə biləcəkləri sahədir. Onlar bizim gələcəyimizdir, sabahın Azərbaycanıdır. Biz onlara öz bacarıqlarını reallaşdırmaq və ölkəmizi layiqincə təmsil etmək üçün bütün şəraiti yaratmalıyıq”, – deyə Günay Əfəndiyeva fikrini tamamlayıb.

Qeyd edək ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədrinin müavini, 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə deputat Günay Əfəndiyeva, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib

Şəkil sayı: 5

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri