Icma.az, Turkstan.az saytına istinadən bildirir. Bir müddətdir, Bakı və bəzi bölgələrimizdə hava temperaturu 40-41 dərəcə arasındadır.
Rəsmi məlumat belə olsa da, əhali real vəziyyəti fərli qiymətləndirir, temperaturun yüksək, bəzən hətta 50 dərəcədən çox olduğunu iddia edir.
Bəziləri bu cür hallarda proqnozların yanlış çatdırıldığına inanır, rəsmi göstəricilərin bilərəkdən daha az göstərildiyini vurğulayırlar.
Bu durum nədən qaynaqlanır? Havanın hiss edilən temperaturu ilə rəsmi rəqəmlər arasında hansı fərqlər var?
Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, əslində hava hər zaman bu qədər tez-tez dəyişmir.
O bildirib ki, çoxillik rəqəmlərə baxdıqda hava şəraitinin təkrarlanması müşahidə olunur: “Məsələn, Günəşdə hər 11 ildən bir dövrü dəyişiklik baş verir.
Yaxud Yer üzərində təxminən 30-40, bəzən 50 ildən bir iqlimdə dəyişikliklər müşahidə olunur.
Ən yaxşı nümunə isə Xəzər dənizinin səviyyəsinin minilliklər ərzində tədricən qalxmasıdır.