Icma.az
close
up
RU
Rəsmi 41, hiss edilən 50 Hava durumu ilə bağlı sirr açıldı

Rəsmi 41, hiss edilən 50 Hava durumu ilə bağlı sirr açıldı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bir müddətdir, Bakı və bəzi bölgələrimizdə hava temperaturu 40-41 dərəcə arasındadır. Rəsmi məlumat belə olsa da, əhali real vəziyyəti fərli qiymətləndirir, temperaturun yüksək, bəzən hətta 50 dərəcədən çox olduğunu iddia edir. Bəziləri bu cür hallarda proqnozların yanlış çatdırıldığına inanır, rəsmi göstəricilərin bilərəkdən daha az göstərildiyini vurğulayırlar.

Bu durum nədən qaynaqlanır? Havanın hiss edilən temperaturu ilə rəsmi rəqəmlər arasında hansı fərqlər var?

Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, əslində hava hər zaman bu qədər tez-tez dəyişmir.

O bildirib ki, çoxillik rəqəmlərə baxdıqda hava şəraitinin təkrarlanması müşahidə olunur:

“Məsələn, Günəşdə hər 11 ildən bir dövrü dəyişiklik baş verir. Yaxud Yer üzərində təxminən 30-40, bəzən 50 ildən bir iqlimdə dəyişikliklər müşahidə olunur. Ən yaxşı nümunə isə Xəzər dənizinin səviyyəsinin minilliklər ərzində tədricən qalxmasıdır. Əksəriyyət iqlimlə bağlı baş verənləri “ilk dəfə olur” və ya “yalnız biz görürük” kimi qiymətləndirir. Reallıq odur ki, quraqlıqlar çox olub. Məsələn, müharibədən sonra 1946-1950-ci illərdə ölkədə aclıq və quraqlıq illəri yaşanıb, camaat daha çox bundan əziyyət çəkib”.

Ənvər Əliyev

Ekoloq əlavə edib ki, havanın temperaturu hidrometeoroloji stansiyalar vasitəsilə ölçülür:

“Bu iş Azərbaycanda və dünyada beynəlxalq standartlara uyğun aparılır. Bir vaxtlar meteoroloji stansiyalarda işləyən Stalin rəqəmlərin 40 faizinin düzgün olduğunu deyib. Amma zamanla göstəricilər dəqiqləşib, indi meteoroloji stansiyaların ölçüləri daha etibarlıdır. Burada hər üç saatda bir, yer səthindən iki metr hündürlükdə, taxtadan hazırlanmış və xüsusi havalandırılan qutularda hava ölçülür. Bu qutular hava ilə sərbəst təmasda olur və temperatur qeydə alınır. Məsələn, ən isti hava adətən günorta saat 14:00-dan sonra, ən soyuq isə səhər saat 4-5 arası olur. Bu, dünyada qəbul olunmuş standartdır. Ev şəraitində temperatur isə maşın üstünə, balkona və ya ağac altına qoyulan termometrlərlə ölçülə, amma bu göstəricilər rəsmi meteoroloji məlumatlarla müqayisədə dəqiq olmaya bilər. Meteoroloji stansiyalardan alınan rəqəmlər müqayisə edilir və ərazi üçün orta temperatur müəyyənləşdirilir”.

Mütəxəssis bildirib ki, yağıntı da millimetr şəklində xüsusi cihazlar – pluviometrlər vasitəsilə ölçülür:

“Havanın nəmlik göstəricisi isə higrometrlərlə ölçülür və insan üçün optimal rütubət 40-45 faiz arasındadır. Məsələn, bəzi ölkələrdə və Azərbaycanın subtropik bölgələrində – Ordubad rayonunda ürək-damar xəstəlikləri azdır. Bunun səbəbi havanın həm quru, həm də isti olmasıdır. İsti və soyuq su ilə damarların genişlənməsi və daralması damar elastikliyini artırır və ürəyə müsbət təsir göstərir. Ümumiyyətlə, meteoroloji və coğrafi məlumatlar tibbi və digər sahələrdə təsdiqlənmiş, qiymətli bilgilərdir və onların əsasında faydalı nəticələr əldə edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri