Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Fransa ilə Azərbaycan arasında münasibətlər getdikcə pisləşir.
Bunun əsas səbəbi rəsmi Parisin Bakı və bütövlükdə Cənubi Qafqazla bağlı riyakar mövqeyidir.
Bu riyakarlığın ən bariz nümunələrindən biri kimi Yelisey sarayının Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), daha doğrusu, Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdidir.
Sözügedən tədbir başlamazdan əvvəl Fransa müxtəlif təxribatçı addımlar atırdı: gah regionda süni şəkildə gərginlik yaratmağa çalışır, gah Azərbaycanda insan azadlıqlarının məhdudlaşdırıldığını iddia edir, gah da vətəndaşlarına bölgəyə səfər xəbərdarlığı edirdi.
Yeri gəlmişkən, xatırladaq ki, Türkiyənin “Haber Global” telekanalının noyabrın 20-də hazırladığı süjetlərdən birində də bu məsələyə toxunuldu.
Göstərildi ki, Azərbaycana düşmənliyi bitməyən Fransa COP29-u “baltalamaq” üçün bütün təxribatlardan istifadə edir.
Qeyd olunub ki, qlobal kəşfiyyat xəbər yayım orqanı “Intelligence Online”ın məlumatına görə, Fransanın əsas lobbiçilik subyektlərindən biri olan “Havas” COP29-u “baltalamaq” üçün işə başlayıb: “Azərbaycanın neft ölkəsi olduğu əsas gətirilərək COP29-a ev sahibliyi etməyin düzgün olmaması barədə Avropa, ABŞ və Rusiyada lobbiçilik fəaliyyəti həyata keçirilir.
Amma Azərbaycanın Cənubi Qafqazdakı təsirli diplomatiyası və iqtisadi əlaqələri nəticəsində Fransa istədiyini əldə edə bilmədi”.