Icma.az
close
up
RU
Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu TƏHLİL

Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu TƏHLİL

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa ilə Azərbaycan arasında münasibətlər getdikcə pisləşir. Bunun əsas səbəbi rəsmi Parisin Bakı və bütövlükdə Cənubi Qafqazla bağlı riyakar mövqeyidir. Bu riyakarlığın ən bariz nümunələrindən biri kimi Yelisey sarayının Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), daha doğrusu, Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdidir.

Sözügedən tədbir başlamazdan əvvəl Fransa müxtəlif təxribatçı addımlar atırdı: gah regionda süni şəkildə gərginlik yaratmağa çalışır, gah Azərbaycanda insan azadlıqlarının məhdudlaşdırıldığını iddia edir, gah da vətəndaşlarına bölgəyə səfər xəbərdarlığı edirdi.

Yeri gəlmişkən, xatırladaq ki, Türkiyənin “Haber Global” telekanalının noyabrın 20-də hazırladığı süjetlərdən birində də bu məsələyə toxunuldu. Göstərildi ki, Azərbaycana düşmənliyi bitməyən Fransa COP29-u “baltalamaq” üçün bütün təxribatlardan istifadə edir.

Qeyd olunub ki, qlobal kəşfiyyat xəbər yayım orqanı “Intelligence Online”ın məlumatına görə, Fransanın əsas lobbiçilik subyektlərindən biri olan “Havas” COP29-u “baltalamaq” üçün işə başlayıb: “Azərbaycanın neft ölkəsi olduğu əsas gətirilərək COP29-a ev sahibliyi etməyin düzgün olmaması barədə Avropa, ABŞ və Rusiyada lobbiçilik fəaliyyəti həyata keçirilir. Amma Azərbaycanın Cənubi Qafqazdakı təsirli diplomatiyası və iqtisadi əlaqələri nəticəsində Fransa istədiyini əldə edə bilmədi”.

Bu, Yelisey sarayının Azərbaycanla bağlı qərəzli mövqeyinin sadəcə bir nümunəsidir. Əslində isə məsələ daha dərindir. Belə ki, Fransadakı Emmanuel Makron hakimiyyəti bölgəyə soxulmaq üçün təsir göstərə bildiyi Ermənistandan istifadə edərək gərginlik yaradır. Bu isə son nəticədə Fransa- Azərbaycan ikitərəfli əlaqələrinə təsir edir.

Bütün bunlarla əlaqədar Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.

Bundan başqa, səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb.


"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - XİN-in məlumatında deyilir.

Səfirin nazirliyə çağırılması əslində Fransaya vaxtında verilmiş mesaj və xəbərdarlıq idi. Belə ki, rəsmi Paris Bakı ilə ikitərəfli münasibətlərin pisləşməsinin səbəbkarı və günahkarı olduğunu anlamalıdır.

Məlum olduğu kimi, bu gün Bakı ilə İrəvan arasında sülh imkanı heç vaxt olmadığı qədər çoxdur. Tərəflər arasında münasibətlər tədricən normallaşır. Bu isə bölgədə dağıdıcı maraqları olan Fransanı narahat edir. Ermənistanla hərbi əlaqələrin inkişafı, silahlandırılma siyasəti və regionda yeni toqquşma yaratma cəhdləri məhz mümkün sülhün qarşısını almağa hesablanıb.

Fransanın mövcud iqtidarının problemi təkcə Azərbaycan və regionla bağlı deyil.

Rəsmi Parisin neokolonialist siyasəti, ölkədə demokratik ənənələrin pozulması, o cümlədən polis zorakılığı, bir sözlə, daxili və xarici siyasətdəki uğursuzluqlar bu ölkənin bütün dünyadakı nüfuzunu azaldır.

Təsadüfi deyil ki, Fransada solçular Makronun impiçmenti prosedurunu yenidən başladıblar. Bundan başqa, son məlumata görə, fransızların yarıdan bir qədər çoxu – 51 %-i Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsinin lehinədir. Bu, o deməkdir ki, hətta yerli xalq da Yelisey Sarayından narazıdır.

Deyirlər ki, qozbeli qəbir düzəldər. Fransa hakimiyyətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti də, yəqin ki, dəyişməyəcək. Qeyri-obyektiv yanaşmanın, qərəzli mövqeyin bundan sonra da davam edəcəyi gözlənilir. Məhz Parisin bu siyasəti nəticəsində gələcəkdə ikitərəfli əlaqələrdə gərginliyin daha da artması mümkündür. Bu, Yelisey sarayının bölgədə olmaq imkanlarını minimuma salmaqla yanaşı, həm də indiki çətin geosiyasi vəziyyətdə Fransanın xarici siyasət kursu üçün problemlər yaradacaq. Ən azından ona görə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan oyunçulardandır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see146

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see143

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see137

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see124

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see122

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see122

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see120

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see119

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see117

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see115

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see115

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see114

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see113

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri