Rəsmi Bakının sərt ritorikası: İran tələblərimizi yerinə yetirəcək? | Icma.az
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, bu günlərdə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-İran münasibətləri barədə danışıb və İranın ünvanına tənqidi fikirlər səsləndirib.
İkinci Qarabağ müharibəsindəki qələbədən sonra İranın Azərbaycanla bağlı siyasətindəki bəzi məqamlara toxunan sadalayan İlham Əliyev deyib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliklər edib.
Prezident həmçinin Azərbaycana qarşı İranın hədə-qorxu addımları, təlimlər, bəyanatları xatırladıb: “Biz də adekvat addımlar atdıq.
Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik.
Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik.
Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur.
Əslində təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirsə
Tam oxu
Xəbəri oxu