Icma.az
close
up
RU
Rəsmi Bakının sərt ritorikası: İran tələblərimizi yerinə yetirəcək?

Rəsmi Bakının sərt ritorikası: İran tələblərimizi yerinə yetirəcək?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Məlum olduğu kimi, bu günlərdə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-İran münasibətləri barədə danışıb və İranın ünvanına tənqidi fikirlər səsləndirib.

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra İranın Azərbaycanla bağlı siyasətindəki bəzi məqamlara toxunan sadalayan İlham Əliyev deyib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliklər edib. Prezident həmçinin Azərbaycana qarşı İranın hədə-qorxu addımları, təlimlər, bəyanatları xatırladıb: “Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirsən. Yəni təhqir edən, əslində özünü təhqir edir”.

İlham Əliyev bildirib ki, səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi:

"Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq”.

İlham Əliyev İranın dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin Azərbaycan əleyhinə bəyanatlarına və təhqirlərinə də toxunub: “O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”.


Politoloq Zaur Məmmədov deyir ki, Prezident tərəfindən İranın təkcə siyasi hakimiyyəti deyil, həm də, dini hakimiyyəti haqqında konkret tənqid ifadə edildi:

“Azərbaycan haqlıdır. İranda dövlətin əsas təməlini təşkil edən klerikal qrup 44 günlük müharibədən sonra həmin vaxta qədər olduğu kimi Xankəndi və ətraf rayonlardakı erməni separatçılara pulsuz kerosin satmaqla məşqul idi. Daha sonra İranda kimə yaxınlığı məlum olan hərbi dəstənin sərhədlərimiz yanında bizi təhdid etməsi, səfirlikdə məlum cinayətin hələ də aqibətinin məlum olmaması ikitərəfli münasibətlərin dəhşətli səhifələridir. Prezident İlham Əliyevin səfirlimizdə cinayət törədən şəxsin edamının vacib olmasını qeyd etməsi Tehrana bir ismarıcdır.


Eyni zamanda, Azərbaycan prezidentinin Ərdəbil mollası ilə bağlı şərhi və onun kim tərəfindən təyin edilməsinin hamıya bəlli olmasını qeyd etməsi son təhqirin unudulmayacağının göstəricisidir. Təhqir ədəbsizlikdir, zəiflikdir və cənub qonşumuz nəhayət başa düşməlidir ki, Azərbaycan heç kimdən qorxmur. İranla bağlı çıxışında Prezidentin yeni hakimiyyətlə münasibətlərin necə olacağı ilə bağlı "bunu gələcək göstərəcək" deməsi, rəsmi Bakının Tehranda rasional fikirlilərin üstünlük təşkil edəcəyinə ümid etməsini göstərir. Bu çıxışdan sonra top Pezeşkiyandadır. Bəlkə o İranın Qafqazla bağlı siyasətinə təsir edə bilə. Həm səfirlikdə cinayət törətmiş şəxsin, həm də Ərdəbil mollasının cəzalandırılması iki ölkə arasında münasibətlərin normallaşdırılmasına müsbət təsir etmiş olardı”.

Politoloqun sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlərin bu səviyyədə olması bir sıra tarixi, geosiyasi amillərlə bağlıdır. Lakin, rəsmi Bakı keçmişə deyil, gələcəyə baxmağa üstünlük verir.

Politoloq Elşən Manafovun sözlərinə görə, baş verən hadisələr Tehran rejiminin Azərbaycana qarşı münasibətinə dəyişiklik etmədiyinin göstəricisidir: “Yaxın Şərq böhranının tənzimlənməsi, habelə regiondan keçən dəhlizlərin marşurutları, onların təhlükəsizliyinin təmin edilməsi ilə baglı məsələlərə rəsmi Tehran və Bakı arasında ortaq baxışlarla yanaşı, fərqli münasibətlər də mövcuddur.


İranın yeni prezidentinin regional təhlukəsizlik və əməkdaşlıqla bağlı məslələrə münasibəti ilə mühafizəkar dairələrin münasibəti arasında fərqlər var. Bu, İranın ali dini rəhbərliyinə yaxın olan mühafizəkar dairələrin bəyanat və çıxışlarında özünü qabarıq şəkildə büruzə verir".

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanı təhqir edən ali dini liderin nümayəndəsidir, sıradan bir şəxs deyil. Ali dini lider də İran Konstitusiyasına görə əsas şəxsdir: “Mən hesab edirəm ki, Amuli göstərişlə danışır, qəsdlə təxribat törədir. Arxasında dayanan şəxsin də ali dini lider olduğunu hər kəs bilir. Prezident İlham Əliyev də mesaj verdi ki, biz hər şeyi görürük, bilirik. Azərbaycan lideri açıq şəkildə bildirdi ki, Amulinin təhqirlərinə görə üzr istənilməli, bu əyalət mollasıən azı vəzifəsindən azad edilərək cəzalandırılmalıdır”.


Elxan Şahinoğlunun dediyinə görə, indi Xameneyi Azərbaycan tərəfindən irəli sürülən tələbə reaksiya verməli, məsələ ilə bağlı müvafiq addım atmalıdır: “Dəfələrlə Amuli Azərbaycan və onun rəhbərliyi haqqında təhqir və təxribat xarakterli açıqlamalar verib. Azərbaycan tərəfi bu dəfə Prezident səviyyəsində qəti tələb irəli sürmüş oldu. Yəni əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində izahat tələb edilirdi, məsələyə aydınlıq istənilirdi. Bu dəfə isə ölkənin birinci şəxsi üzr tələbini və mollanın vəzifəsindən qovulmasını istədi. Görək qarşı tərəf məsələ ilə bağlı hansı addımlar atacaq”.

Sevinc,

BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see151

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

180 tələbə ADA da dövlət hesabına oxuyacaq

17 İyul 2025 16:21see112

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

İsrail Suriyaya qoşun yeritdi Alqışlarla qarşılandılar VİDEO

17 İyul 2025 17:30see109

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see109

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri