Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq.
Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir.
Yollar buz bağlayacaq. Bütün bu xəbərdarlıqlara baxmayaraq, hələ də ölkədə tədrisin tam dayandırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur.
Suallar yaranır: Təhsil müəssisələrinə məsul olan şəxslər yolların buz bağlayacağını, insanların hərəkətinin çətinləşəcəyini bilmir?
Şaxtalı hava şəraitində müəllimləri, şagirdləri və tələbələri yola salmaq nə qədər məntiqlidir?".
Redaktor.az xəbər verir ki, bu sözləri Təhsil Eksperti Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, onsuz da real vəziyyət budur ki, tələbələrin və şagirdlərin davamiyyəti minimal olacaq, çünki valideynlər övladlarını belə havada məktəbə göndərmək istəmirlər: "Qışın ən sərt günlərindən birində məktəb və universitetlərin açıq qalması, onsuz da aşağı olan davamiyyətin formal şəkildə qeydə alınmasına, lakin insanların həyatının təhlükəyə atılmasına səbəb olacaq.