Icma.az
close
up
RU
Rəsmi qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar Kamran Əsədov

Rəsmi qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar Kamran Əsədov

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq. Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq.

Bütün bu xəbərdarlıqlara baxmayaraq, hələ də ölkədə tədrisin tam dayandırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Suallar yaranır: Təhsil müəssisələrinə məsul olan şəxslər yolların buz bağlayacağını, insanların hərəkətinin çətinləşəcəyini bilmir? Şaxtalı hava şəraitində müəllimləri, şagirdləri və tələbələri yola salmaq nə qədər məntiqlidir?".

Redaktor.az xəbər verir ki, bu sözləri Təhsil Eksperti Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, onsuz da real vəziyyət budur ki, tələbələrin və şagirdlərin davamiyyəti minimal olacaq, çünki valideynlər övladlarını belə havada məktəbə göndərmək istəmirlər:

"Qışın ən sərt günlərindən birində məktəb və universitetlərin açıq qalması, onsuz da aşağı olan davamiyyətin formal şəkildə qeydə alınmasına, lakin insanların həyatının təhlükəyə atılmasına səbəb olacaq. Əgər UNEC və AzTU artıq hava şəraiti ilə bağlı dərsləri onlayn formata keçiribsə, digər universitetlər və orta məktəblər niyə gözləməlidir? Yolların buz bağladığı, şaxtanın sərt olduğu bir gündə dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Təhsil önəmlidir, amma ilk növbədə insanların təhlükəsizliyi təmin edilməlidir!".

Ekspert qeyd edib ki, rəsmi qurumlar bu məsələyə ciddi yanaşmalı, lazımi tədbirlər görməli və soyuq hava şəraitində bütün təhsil müəssisələrində dərsləri dayandırmalıdır!

Kənan YUSİF 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Fevral 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri