Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi Qərb mediasının ölkədəki iğtişaşlar zamanı 30 min insanın öldüyü barədə xəbərlərini təkzib edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat dərc edib.
“Hitler üslubunda böyük yalan: Məgər bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayı deyilmi?! Amma uğursuz oldular və indi mediada belə saxta məlumatlar yaymağa çalışırlar. Həqiqətən də qəddardırlar”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb. 23 yanvarda Əraqçi bildirib ki, mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.