Rəsmi Tehrandan etirazlarda 30 min insanın ölməsi iddialarına reaksiya
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi Qərb mediasının ölkədəki iğtişaşlar zamanı 30 min insanın öldüyü barədə xəbərlərini təkzib edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat dərc edib.
“Hitler üslubunda böyük yalan: Məgər bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayı deyilmi?! Amma uğursuz oldular və indi mediada belə saxta məlumatlar yaymağa çalışırlar. Həqiqətən də qəddardırlar”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb. 23 yanvarda Əraqçi bildirib ki, mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.
Bu mövzuda digər xəbərlər:Rəsmi Tehrandan Bakının etiraz notasına REAKSİYA
02 Yanvar 2025 18:22
Rəsmi Tehrandan Tramp Pezeşkian görüşünə REAKSİYA
05 Fevral 2025 14:14
Tehrandan Netanyahunun yeni planına REAKSİYA
22 Dekabr 2025 11:50
Rəsmi Tehrandan Bakı və İrəvana mesaj
26 May 2025 14:26
Rəsmi Tehrandan açıqladı: Trampdan məktub almamışıq
10 Mart 2025 17:06
Baxış sayı:107
Bu xəbər 26 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















