Restoranlarda zəhərlənməmək üçün nələrə diqqət etməliyik? Ekspet rəyi | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, aprelin 19-da Bakıda yerləşən "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.
50-yə yaxın insan dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a açıqlamasında bildirib ki, mikrobioloji çirklənməyə məruz qalmış qidalar zəhərlənməyə səbəb olur: “Belə xoşagəlməz hallar bəzən yeməklərin qarışmasına, bəzən də köhnə olması, düzgün saxlanılmamasına görə baş verir.
Kütləvi məclislərin keçirildiyi restoranlara, şadlıq saraylarına aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır.
Bundan başqa hər bir restoranın keyfiyyətə nəzarəti və sanitar normalara riayəti təmin edən şöbəsi olmalıdır.
Qida zəhərlənmələrinin ağır forması ölümlə nəticələnə bilər.
Sağaldıqdan sonra bir müddət də metobalizm yavaşlayır, həzm sistemi öz funksiyasını tam yerinə yetirə bilmir”.Məhsəti Hüseynova qeyd edib ki, şadlıq saraylarında bir toyda istifadə olunmayan soyuq qəlyənaltıları, çərəzləri növbəti toylarda istifadə edirlər.
Zəhərlənmə halları daha çox salatlardan baş verir, bu da onların çox vaxt köhnə olduğunu deməyə əsas verir.
Tam oxu
Xəbəri oxu