Icma.az, Kulis.az saytına istinadən bildirir. “Bir az əvvəl “Cinema+” rəsmilərindən aldığım məlumata görə, "Spinozanın Tanrısı" filmi izlənm
Bu da, o deməkdir ki, kino nümayişi üzrə ixtisaslaşmış platformalardan biri gələn həftə filmin nümayişini saxlayacaq”.
Kulis.az xəbər verir ki, bu sözləri filmin prodüseri və ssenaristi Rəsul Allahverdiyev deyib.
Onun sözlərinə görə “Cinema+”un əməkdaşı yaranan vəziyyətə görə ondan üzr istəyib və anlayış gözlədiyini deyib: “Əlbəttə, mən onu anladım.
Bu, o deməkdir ki, film kommersiya baxımında "batıb" və kinoteatrlar boş salonlara onu daha artıq nümayiş etdirməli deyillər.
Bu, həm də o deməkdir ki, Azərbaycanın mövcud kino tamaşaçısının zövqünə xitab edə bilməmişik.
Ya da, başqa sözlə, bu zövq o hala salınıb ki, bizim "frekans"da deyil.
O "zövqə" mən ssenari yaza bilməmişəm, Cavid Təvəkkül film çəkə bilməyib”.