Icma.az
close
up
RU
Rəsul Allahverdiyev: Bəlkə, Cavid Təvəkkül və mən səfalət içində öləcəyik

Rəsul Allahverdiyev: Bəlkə, Cavid Təvəkkül və mən səfalət içində öləcəyik

Icma.az, Kulis.az saytına istinadən bildirir.

“Bir az əvvəl “Cinema+” rəsmilərindən aldığım məlumata görə, "Spinozanın Tanrısı" filmi izlənmə reytinqinə görə bütün filmlər arasında sonuncu sıradadır və statistikalar çox zəifdir. Bu da, o deməkdir ki, kino nümayişi üzrə ixtisaslaşmış platformalardan biri gələn həftə filmin nümayişini saxlayacaq”.

Kulis.az xəbər verir ki, bu sözləri filmin prodüseri və ssenaristi Rəsul Allahverdiyev deyib.

Onun sözlərinə görə “Cinema+”un əməkdaşı yaranan vəziyyətə görə ondan üzr istəyib və anlayış gözlədiyini deyib:

“Əlbəttə, mən onu anladım. Bu, o deməkdir ki, film kommersiya baxımında "batıb" və kinoteatrlar boş salonlara onu daha artıq nümayiş etdirməli deyillər. Bu, həm də o deməkdir ki, Azərbaycanın mövcud kino tamaşaçısının zövqünə xitab edə bilməmişik. Ya da, başqa sözlə, bu zövq o hala salınıb ki, bizim "frekans"da deyil. O "zövqə" mən ssenari yaza bilməmişəm, Cavid Təvəkkül film çəkə bilməyib”.

Rəsul Allahverdiyev filmin büdcəsini açıqlayıb və peşman olmadığını qeyd edib:

“Bu işə başladığım gündən ətrafımda olan hər kəsə demişdim. Filmin kommersiya qarşılığı məni narahat etmir, etməyəcək də. Bəli, indi Azərbaycanda çox az dəli var ki, 116 min manat kimi ciddi bir məbləği qarşılığı sual altında olan işə yatırsın. Lakin, tam səmimi deyirəm, bu dəlilik məni qətiyyən narahat etmir və ona görə zərrə qədər də peşman deyiləm. Əminəm ki, biz yaxşı film çəkmişik. Əminəm ki, biz, Azərbaycan kinematoqrafiyasına xidmət etmişik. Kinoteatrlarda ömrü 2 həftə olsa da, bu film yaşayacaq. Tanrının işini bilmək olmaz. Bəlkə, Cavid Təvəkkül, Rəsul Allahverdiyev səfalət içində öləcək. Amma Da Vinçinin, El Qreconun, Paul Qauquinin, Oskar Uildenin əsərləri ölmədiyi kimi, bu da yox olmayacaq”.

“Bu filmə rəy verən, həmin o ictimi rəyə təsir edən ciddi tənqidçilər, kinoşunaslar, sənət adamları, bizim Azərbaycan kinosuna xidmət cəhdimizə ironik yanaşdılar. Sənət adamları - hətta təqdimata dəvət edilən, bizimlə, ən çox da Cavidlə bir masada əyləşən aydınlar, fikir adamları izlədilər. Filmi izlədilər və getdilər. Səssiz. Cavid Təvəkkülün əməyi ilə filmoqrafiyası rənglənmiş qəhrəmanlarımız, şəkillərinə sahib çıxmadılar, ifalarına sahib çıxmadılar və.s." - deyən Rəsul Allahverdiyev, həmçinin filmin uğursuz nəticələndiyini dilə gətirib:

“Əl qərəz! Mənim anlamadığım şeylər oldu. Və mən son günlər düşünürəm ki, kino sahəsindən müəyyən nisbi anlayışlara sahib olduğumu düşünərək səhv etmişəm. Yox, heç vaxt, bir film istehsalı üçün çalışdığıma görə peşman olmayacam. Bu həm də mənim istedadlı bir rejissoru, Azərbaycan kinosuna lazım olan bir yaradıcı insanı sənətə qaytarmaq təşəbbüsüm idi. O qayıtdı, çəkdi. Çox da gözəl çəkdi. Yaradıb və yaşayacaq. "Spinozanın Tanrısı" batdı. O, gələn həftədən kinoteatrlarda olmayacaq. Azərbaycan kino tamaşaçısı dedi ki, kaş belə bir filminiz olmayaydı. Əvəzində, əlbəttə ki, ölkədə kino nümayişi davam edəcək. Sektor "inkişaf" xəttindədir. Yeni-yeni, gülməli, əyləncəli, bu gün baxmalı, sabah unutmalı filmlər tamaşaçı zövqünü oxşayacaq. Bir rəssam qızın həyatı ilə bağlı ssenarini bitirmişdim. Sildim. Motivasiya vacib şeydi. Film bitdi. Seyrə davam. Cavid Təvəkkülə sahib çıxın. Belə zövq sahibi sənət adamı bir kiçik qərb şəhərində qocalmamalıdı. Ayıbdır”.

"Biabırçılıqdır, qeybət səviyyəsinə enib" - Müşfiq Ötgünün Yalçın İslamzadəyə cavabı Bu serialın yayım tarixi bəlli oldu Türkiyəli aktrisaların da olduğu təyyarəni ildırım vurdu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri