Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Martın 6-da Xəzər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Rəsulzadə və Türk Birliyi Konsepsiyası" adlı məruzə ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün araşdırmaçısı, "Şərq" qəzetinin təsisçisi Akif Aşırlı özünün Solmaz Tohidinin Rəsulzadə barədə fikirlərindən narazılıq ifadə edib.
O, tarixçinin məruzəsinin "xeyli maraq və təəccüb" doğurduğunu bildirib.
"Solmaz xanım Tohidi Cümhuriyyətimizin qurcu lideri Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinin İran dövrünə toxunur və ciddi elmi arqumentlər gətirmədən Rəsulzadənin Azərbaycançı dünyagörüşünün İranda yarandığı iddiasını irəli sürür.
Sual olunur, bəs onda Rəsulzadə "Türk yurdu" dərgisində silsilə məqalələrini niyə "İran türkləri" adlandırırdı, sadəcə İran azərbaycanlıları adlandırardı.
Digər bir məsələ, Solmaz xanım həmişə elmi istiqamət olaraq Rəsulzadəni Türk Dünyası, türkçülük və Turan ideyası və ideologiyaları sistemindən kənarda təhlil etməyə üstünlük verir.