Icma.az
close
up
RU
Rəsulzadə türkçü olub, yoxsa... Tanınmış tarixçilər arasında MÜBAHİSƏ

Rəsulzadə türkçü olub, yoxsa... Tanınmış tarixçilər arasında MÜBAHİSƏ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 6-da Xəzər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Rəsulzadə və Türk Birliyi Konsepsiyası" adlı məruzə ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün araşdırmaçısı, "Şərq" qəzetinin təsisçisi Akif Aşırlı özünün Solmaz Tohidinin Rəsulzadə barədə fikirlərindən narazılıq ifadə edib.

O, tarixçinin məruzəsinin "xeyli maraq və təəccüb" doğurduğunu bildirib.

"Solmaz xanım Tohidi Cümhuriyyətimizin qurcu lideri Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinin İran dövrünə toxunur və ciddi elmi arqumentlər gətirmədən Rəsulzadənin Azərbaycançı dünyagörüşünün İranda yarandığı iddiasını irəli sürür. Sual olunur, bəs onda Rəsulzadə "Türk yurdu" dərgisində silsilə məqalələrini niyə "İran türkləri" adlandırırdı, sadəcə İran azərbaycanlıları adlandırardı. Digər bir məsələ, Solmaz xanım həmişə elmi istiqamət olaraq Rəsulzadəni Türk Dünyası, türkçülük və Turan ideyası və ideologiyaları sistemindən kənarda təhlil etməyə üstünlük verir. Bunu nə üçün etdiyi bəlkə də anlaşılandır, bu onun elmi baxışından daha çox siyasi baxışlarının təzahürüdür. Amma etiraf olunmalıdır ki, bu yanaşma elmi, akademik yanaşma tərzi deyil. Solmaz xanım elmi məruzəsində deyir ki, Rəsulzadə İrandan sosial demokrat kimi Türkiyəyə getdi, türkçülük platformasına qatılsa da türkçü olmadı. Bəlkə də söylədiyi tam olaraq belə deyil, amma belə anlaşılır. Solmaz xanım Rəsulzadə 1924-cü ildə Ziya Göyalpın məzarı başında deyir: "Türkiyədən Bakıya döndükdən sonra Ziyanın nəzəriyyəsini müdafiə etdim. "Açıq söz" qəzetinin başına onun ideyalarını "deviz " olaraq qoydum. Müsavat partiyasının proqramını türkləşmək, islamlaşmaq və müasirləşmək ideologiyası əsasında formalaşdırdım". Bundan artıq nə arqument olar? Rəsulzadə 1915-ci ilin oktyabrın 2-də çap etdirdiyi "Açıq söz" qəzetini niyə türkçə ədəbi-siyasi qəzet adlandırırdı, elə Siz dediyiniz kimi Azərbaycanca qəzet adlandırardı. Qəzetin ilk baş məqaləsində "əsrimiz milliyyət əsridir" deyən Rəsulzadə milli kimlik məsələsində Cənubi Qafqazda, İranda yaşayan soydaşlarımızı bütövlükdə türk adlandırıb, Türk dünyasının birliyi ideyasını müdafiə edib, Turançı olub. 

Bəli, Azərbaycan milli davasını Türkiyədə və Avropada aparan Rəsulzadə və silahdaşları bu davanın adının qarışıq salınmaması üçün, yəni digər türk toplumundan fərqləndirmək üçün Azərbaycan kimliyindən istifadə edib.

Rəsulzadə Sovet Rusiyasının basqısı ilə Türkiyədə fəaliyyət göstərən milli quruluşların qapadılması, türklüyün, türk milli kimliyinin yalnız Türkiyənin sərhədləri daxili ilə məhdudlaşdırılmasına qarşı çıxıb, Türkiyədən kənarda da türklər var deyib mübarizə aparıb. 

Düşünürəm ki, uzun-uzadı yazmağa, əlavə arqumentlərə ehtiyac yoxdur".

Tarixçi Solmaz Tohidi isə öz növbəsində Akif Aşırlının təqdim etdiyi məruzəni yanlış şərh etdiyini bildirib.

"Rəsulzadənin anım mərasiminə dəvət alıb gəlmədiyiniz üçün təəssüf edirəm, əks halda mənim məruzəmin müəyyən müddəalarını yanlış şərh etdiyinizi elə yerindəcə aydınlaşdırardıq. Rəsulzadə etnik türkçülüyü təbii ki, daim qəbul edib, İran və Qafqaz Azərbaycanında yaşayan yerli əhalini, özü də daxil etnik türk hesab edib, necə ki, bu gün də etnik türk olaraq varıq. Rəsulzadədən daha əvvəl isə Azərbaycan-azərbaycanlı kəlmələrini bu taya gətirən Rəsulzadədən əvvəlki, daha yaşlı nəsil ziyalılarımız olub. Siz ki, mətbuat tədqiqatçısısınız, bunları yaxşı bilməlisiniz. Türk kimliyinə yalnız etnik deyil, artıq siyasi məzmun verilməsi addımını da Rəsulzadədən əvvəlki nəsil atıb və bu zaman, yəni "azərbaycanlı" kimliyi artıq Azərbaycan və rus dilli mətbuata gətirildiyi halda məhz siyasi məqsədlərlə, Rusiyanın digər türk-müsəlman xalqları ilə - tatarlar, başqırdlar, qazaqlar və digərləri ilə birlikdə Çar Rusiyasından öz milli hüquqlarını almaq uğrunda mübarizədə məhz müsəlman-türk kimliyi əsasında birləşiblər. Keçirdikləri müsəlman qurultaylarınım materiallarına bir də baxın. Diqqət yetirin: tatar, başqırd, və s. adlananlar da türk ailəsinin üzvləridir. Bəli, Rəsulzadə İrana 1908-ci ildə sosial-demokrat kimi getmişdi, türkçü-azərbaycanlı kimi qayıtdı, belə ki, Cənubi Azərbaycandakı etnik türklərin də öz milli hüquqlarından məhrum olduğunu gördü. "İran türkləri" əsərini bir daha, diqqətlə oxuyun, orada Rəsulzadənin dəfələrlə bu əhali qrupunu da "azərbaycanlı" adlandırdığına diqqət yetirin. 

Məlumat üçün bir iranşünas kimi nəzərinizə çatdırım ki, fars dilli ədəbiyyatda İranın Azərbaycan əyalətində yaşayan etnik türklərin məhz bu yerlərin əhalisi anlamında "azərbaycanlı" adlandırılmasına xeyli nümunə vardır. Və bu ədəbiyyatla yaxşı tanış olan Rəsulzadə üçün bu ad yeni deyildi. Odur ki, "Azərbaycanlı" kəlməsi sizi niyə belə narahat edir, düzü başa düşmürəm. 

Rəsulzadənin özünün də mənsub olduğu toplumu "azərbaycanlı" adlandırmasına keçidi birmənalı olaraq onun siyasi baxışlarında baş verən dəyişikliklər və "millət" anlayışının, yəni bu toplumun siyasi cəhətdən formalaşması prosesi ilə, öz dövlətçiliyinə getməsi yolunun ideoloji baxımdan əsaslandırılması ilə bağlıdır. Siz Rəsulzadənin "Azərbaycançılıq" ideologiyasının yaradıcısı olduğunu inkar edirsiniz? Ya bəlkə səhv hesab edirsiniz? 

Azərbaycançılığı türkçülüyə qarşı qoymaq mövqeyiniz kökündən yanlışdır və bu halda Rəsulzadənin məhz milli dövlətçilik yolunda gördüyü ən böyük xidməti danmış olursunuz. Onun 1917-ci il Moskva qurultayındakı nitqini dönə-dönə, diqqətlə oxuyun. Zamanın tələbi ortada: Mahiyyət etibarilə yeni tarixi şərait yaranıb. Böyük Türk ailəsinə daxil olan toplumlar öz fərqli kimliklərini siyasi müstəvidə təsdiq edib öz milli dövlətlərini yarada bilərlər. "Tatarlar öz milli xüsusiyyətlərindən ümumi türk adına görə heç vaxt imtina etməzlər", "Biz, azərbaycanlıların" da özüməzüzə məxsus dilimiz, ədəbiyyatımız ... var, güzəştə getmərik" deyir Rəsulzadə. 

"İndi ayrılaq, hərə öz mənzilinə çəkilsin", sonra, yəni hər bir türk toplumu öz dövlətçiliyini qurandan sonra "birləşərik" deyir Rəsulzadə. Bütün bunları danısırsınız? "Azərbaycanlı" kimliyini "milli siyasi kimlik" anlamında qəbul etmirsiniz? Kim sizə özünüzü "türk" adlandırmağa, türk saymağa mane olur ki? Mənim məruzəmdə Rəsulzadənin azərbaycançılığını ümumən türkçülüyə qarşı, türk dünyasına qarşı qoymaq cəhdini harada gördünüz? Rəsulzadəni məndənmi müdafiə edirsiniz? Onun "Azərbaycanlı" kəlməsini guya yalnız mühacirətdə digər türk toplumlarından ayırmaq üçün istifadə etdiyi kimi bəsit bir fikir nə deməkdir? Elə isə "Azərbaycan davası" ümumən nə deməkdir? Mən sizin bu mövqeyinizi bütün bu məsələlərə nəzəri cəhətdən yanaşmanızda müəyyən problemləriniz olması ilə izah edə bilərəm. Odur ki, xahiş edirəm, mənə belə damğalar vurmayın. Əgər daha ciddi, elmi, əsaslandırılmış iradlarınız varsa, buyurun, mən müzakirəyə daim açıq adamam".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri