Icma.az bildirir, Modern.az portalına istinadən. Ömrünü Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə fəda etmiş görkəmli ictimai
O, Azərbaycanın istiqlalı naminə yalnız siyasi cəbhədə deyil, şəxsi həyatında da böyük itkilər vermişdi.1918-ci ildə silahdaşları ilə Azərba
Sovet işğalından sonra Rəsulzadənin bütün ailəsi təqiblərə məruz qaldı.
Onun yaxınları, doğmaları repressiya olunaraq sürgünlərə göndərildi, bir çoxları isə geri dönməmək üzərə yox oldular.
Rəsulzadənin sevdikləri bir-bir əlindən alındı, o isə bunu susaraq deyil, mübariz duraraq qarşıladı.Şübhəsiz ki, Rəsulzadənin xaricdə sürgündə yaşadığı dövrlərdə oğlunun güllələnməsi, ailə üzvlərinin acı taleyi onu içdən-içə məhv edirdi.
Bunlar onun sadəcə siyasətçi kimi deyil, həm də insan kimi yaşadığı ağrılar idi, eyni zamanda, xalqı üçün mübarizə aparan bir şəxsin ən böyük sınağı idi.Modern.az saytının təqdim etdiyi aşağıdakı şəkillərdə Məhəmməd Əmin Rəsulzadənin övladları, həyat yoldaşı və digər ailə üzvləri təsvir olunub.
Şəkillər tanınmış alim, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin arxivindəndir."Şəkillərdə Məhəmməd Əmin bəyin 4 övladının qəmli, tutqun, gərginlik və nigarançılıq dolu baxışlarını sakitcə seyr etmək mümkün deyil...
Bütöv bir xalqı dövləti olan millət edən və yaratdığı dövlətin ilk başçısı olan bir Kişinin övladları beləmi baxmalı idilər ətrafa...