Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın yüksək səviyyəli diplomatı deyib ki, İslam Respublikası nüvə sazişi ilə bağlı təklifi rədd etməyə hazırdır.
Onun sözlərinə görə, ABŞ İrana “pis sövdələşmə” tətbiq etməyə çalışır.
Bizimyol.info xəbər verir ki, o, "Reuters"ə şərhində bu təklifi uğursuzluğa məhkum adlandırıb və qeyd edib ki, bu, Tehranın maraqlarına cavab vermir.
Onun sözlərinə görə, Vaşinqtonun İslam Respublikasının uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Mayın 31-də ABŞ-ın təklifini Tehranda qısamüddətli səfərdə olan Omanın xarici işlər naziri İrana təqdim edib.
Adını açıqlamaqdan imtina edən diplomat əlavə edib ki, orada sanksiyaların ləğvi ilə bağlı aydın izahat yoxdur.
Xatırladaq ki, nüvə proqramı üzrə danışıqların beş raundu 2025-ci ilin aprel-iyun ayları arasında keçirilib.