Icma.az
close
up
RU
Reuters : İran ABŞ ın nüvə sazişi təklifini rədd etməyə hazırdır

Reuters : İran ABŞ ın nüvə sazişi təklifini rədd etməyə hazırdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın yüksək səviyyəli diplomatı deyib ki, İslam Respublikası nüvə sazişi ilə bağlı təklifi rədd etməyə hazırdır. Onun sözlərinə görə, ABŞ İrana “pis sövdələşmə” tətbiq etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, o, "Reuters"ə şərhində bu təklifi uğursuzluğa məhkum adlandırıb və qeyd edib ki, bu, Tehranın maraqlarına cavab vermir.

Onun sözlərinə görə, Vaşinqtonun İslam Respublikasının uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Mayın 31-də ABŞ-ın təklifini Tehranda qısamüddətli səfərdə olan Omanın xarici işlər naziri İrana təqdim edib. Adını açıqlamaqdan imtina edən diplomat əlavə edib ki, orada sanksiyaların ləğvi ilə bağlı aydın izahat yoxdur.

Xatırladaq ki, nüvə proqramı üzrə danışıqların beş raundu 2025-ci ilin aprel-iyun ayları arasında keçirilib.

Birləşmiş Ştatlar İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün uranın zənginləşdirilməsindən tamamilə imtina etməsində israrlıdır. İran isə öz növbəsində nüvə enerjisindən sırf mülki məqsədlər üçün istifadə etmək niyyətində olduğunu iddia edir.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqların altıncı raundunun baş tutub-tutmayacağı hələ məlum deyil.

Tramp bundan əvvəl İranı razılıq əldə olunmasa, yeni sanksiyalar və partlayışlarla hədələmişdi.

Tehran onun iqtisadiyyatına ziyan vuran bütün məhdudiyyətlərin dərhal aradan qaldırılmasını tələb edir. 2018-ci ildən bəri onlarla qurum sanksiyaya məruz qalıb.

Keçən həftə iki İran rəsmisi "Reuters" agentliyinə deyib ki, əgər Birləşmiş Ştatlar öz vəsaitlərini dondursa və Tehranın uranın mülki məqsədlər üçün təkrar emal hüququnu daha geniş nüvə sazişinə gətirib çıxara biləcək siyasi razılaşmanın bir hissəsi kimi tanıyarsa, ölkə uranın zənginləşdirilməsini dayandıra bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri