Reuters : İsrail Britaniya konsulluğunun bağlanmasını tələb edir

09.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrail Şərqi Qüdsdə yerləşən Böyük Britaniya konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırması barədə göstəriş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Reuters” İsrail rəsmisi və digər mənbəyə istinadən yazıb.

Konsulluqda çalışan Britaniya diplomatlarının akkreditasiyasının da ləğv ediləcəyi bildirilir.

Bundan əlavə, İsraildə ABŞ-nin rəhbərlik etdiyi Qəzza Koordinasiya Missiyasında çalışan Britaniya nümayəndələri və Ramallahdakı diplomatlara ölkəni yeddi gün ərzində tərk etmək tapşırılıb.

Qərarın Böyük Britaniyanın Qərb Şəriyəsindəki İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan etmək barədə açıqlamasından sonra verildiyi bildirilir.

İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl Britaniyanın tədbirlərinə cavab olaraq Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlamışdı.

Murad İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью