Reuters : İsrail Britaniya konsulluğunun bağlanmasını tələb edir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İsrail Şərqi Qüdsdə yerləşən Böyük Britaniya konsulluğuna 30 gün ərzində fəaliyyətini dayandırması barədə göstəriş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Reuters” İsrail rəsmisi və digər mənbəyə istinadən yazıb.
Konsulluqda çalışan Britaniya diplomatlarının akkreditasiyasının da ləğv ediləcəyi bildirilir.
Bundan əlavə, İsraildə ABŞ-nin rəhbərlik etdiyi Qəzza Koordinasiya Missiyasında çalışan Britaniya nümayəndələri və Ramallahdakı diplomatlara ölkəni yeddi gün ərzində tərk etmək tapşırılıb.
Qərarın Böyük Britaniyanın Qərb Şəriyəsindəki İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan etmək barədə açıqlamasından sonra verildiyi bildirilir.
İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl Britaniyanın tədbirlərinə cavab olaraq Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlamışdı.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 09 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















