Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məğlub və yorulmuş cəmiyyət onlara arxa çevirib Ermənistan parlamentində müzakirəyə çıxarılan qanun layihələri bəzən ölkənin daxili və xarici siyasətinə birbaşa təsir göstərir.
Xüsusilə, tarixi məsələlərə toxunan təşəbbüslər həm ictimai rəyin formalaşmasında, həm də beynəlxalq münasibətlərdə əks-səda doğurur.
Bu kontekstdə qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüslər hər zaman diqqət mərkəzində olub.
Çünki Ermənistan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu mövzunu siyasi gündəmdə saxlamaqla öz mövqeyini gücləndirməyə çalışıb.
Lakin heç də bütün cəhdlər gözlənilən nəticə verməyib və bəzən daxili mübahisələrin qızışmasına gətirib çıxarıb.
Parlamentin son qərarı da məhz bu baxımdan xüsusi maraq doğurur.
Qanunverici orqanın Dövlət və hüquq məsələləri daimi komissiyasının sentyabrın 3-də “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini dəstəkləməməsi həm Ermənistan daxilində, həm də ölkə xaricində geniş müzakirələrə səbəb olub.