Icma.az
close
up
RU
Revanşistlər özləri deyib, özləri də eşidirlər

Revanşistlər özləri deyib, özləri də eşidirlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məğlub və yorulmuş cəmiyyət onlara arxa çevirib

Ermənistan parlamentində müzakirəyə çıxarılan qanun layihələri bəzən ölkənin daxili və xarici siyasətinə birbaşa təsir göstərir. Xüsusilə, tarixi məsələlərə toxunan təşəbbüslər həm ictimai rəyin formalaşmasında, həm də beynəlxalq münasibətlərdə əks-səda doğurur. 

Bu kontekstdə qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüslər hər zaman diqqət mərkəzində olub. Çünki Ermənistan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu mövzunu siyasi gündəmdə saxlamaqla öz mövqeyini gücləndirməyə çalışıb. Lakin heç də bütün cəhdlər gözlənilən nəticə verməyib və bəzən daxili mübahisələrin qızışmasına gətirib çıxarıb. Parlamentin son qərarı da məhz bu baxımdan xüsusi maraq doğurur. Qanunverici orqanın Dövlət və hüquq məsələləri daimi komissiyasının sentyabrın 3-də “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini dəstəkləməməsi həm Ermənistan daxilində, həm də ölkə xaricində geniş müzakirələrə səbəb olub.

Gözlənildiyi kimi qanun layihəsi bütün fəaliyyətləri boyunca “hayreniq”, “joxovurd”, “azatutyun”, “miatsum” (müvafiq olaraq erməni dilində “vətən”, “xalq”, “azadlıq” və “birləşmə” deməkdir–S.H.) kimi sözlər yazılmış şüarları əllərində bayraq, dillərində əzbər edən, əslində isə öz şəxsi mənfəətlərini düşünən, xalqı adam yerinə qoymayan, onun qanını zəli kimi içən radikal revanşist müxalifət tərəfindən irəli sürülüb.

Cinayət Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsinin müzakirəsi zamanı radikalların cəmləşdiyi “Hayastan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, mövcud qanunvericiliyə görə, “soyqırımı”nın inkarı o halda cinayət sayılır ki, əməl irqi və etnik mənsubiyyətinə görə, nifrət hissini qızışdırmaq və ya zorakılıq salmaq məqsədi ilə törədilmiş olsun. “Bir çox hallar var ki, insanlar “soyqırımı faktını” inkar edərək, dolayısı ilə bu cinayət əməlini aşağılamağa, hətta qurbanı təqsirkar kimi təqdim etməyə çalışırlar. Lakin təəssüf ki, mövcud qanunvericilik belə şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmir”, – deyə Minasyan bildirib.

O xatırladıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsi “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləmək öhdəliyini təsbit edir. Deputatın sözlərinə görə, bu düzəlişlər milli kimliyin və dövlətçiliyin qorunması maraqlarından çıxış edilərək hazırlanıb.

Layihəyə əsasən, “erməni soyqırımı”nı inkar etmək, yüngülləşdirmək, razılaşmaq və ya haqq qazandırmaq, yaxud buna bənzər cinayətlər cərimə, ictimai işlər və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Əgər əməl irqi, milli və ya dini mənsubiyyətinə görə nifrət, ayrı-seçkilik və ya zorakılıq salmaq məqsədi ilə törədilmişdirsə, 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Amma əməl kütləvi informasiya vasitələrindən, informasiya texnologiyalarından və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə, daha ağır cəza – 5 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Kifayət qədər uzun və emosional müzakirələrdən sonra sözügedən qanunvericilik təşəbbüsü parlamentin daimi komissiyasından mənfi rəy alıb. Hakim “Mülki müqavilə” partiyasının deputatları layihəyə qarşı çıxıblar.

***

Ermənistan parlamentində qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin dəstəklənməməsi, ölkənin daxili siyasi həyatında və beynəlxalq münasibətlərində əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bu məsələ təkcə hüquqi müstəviyə aid deyil, həm də ictimai-siyasi yönləri ilə diqqət çəkir. Çünki “soyqırımı” mövzusu Ermənistanın dövlət siyasətində uzun illərdir xüsusi yer tutur, müxtəlif hakimiyyətlər bu məsələni daxili konsolidasiya vasitəsi, həmçinin xarici arenada siyasi təzyiq aləti kimi istifadə ediblər.

Layihənin irəli sürülməsi revanşist müxalifətin təşəbbüsü idi. Onlar hər zamankı kimi pafoslu şüarlarla çıxış edərək “milli kimlik”, “dövlətçilik” və “tarixi yaddaş” məsələlərini qabardırlar. Lakin reallıqda təşəbbüsün əsas məqsədinin Ermənistan cəmiyyətində radikal mövqeləri gücləndirmək və hakimiyyət üzərində əlavə təzyiq mexanizmi formalaşdırmaq olduğu aydın görünürdü. Qanun layihəsini irəli sürənlər ictimai emosiyalarla oynamağa çalışsalar da, bunun həm hüquqi, həm də siyasi baxımdan çoxsaylı problemlər doğuracağı məlum idi. Əvvəla, beynəlxalq praktikada söz və fikir azadlığı fundamental hüquqlardan hesab olunur. Ermənistan Konstitusiyası da bu prinsipi təsbit edir. Bu baxımdan, hətta bəzi hallarda “soyqırımı” mövzusunun inkarına görə cəzaların tətbiqi Avropa İnsan Hüquqları Məhkəməsində problemli məsələyə çevrilə bilərdi. Avropa Məhkəməsinin presedentləri göstərir ki, bu tip məhdudiyyətlər yalnız nifrət çağırışı və ya zorakılığa təhrik hallarında əsaslı sayılır. Parlamentin komissiyası da məhz bu arqumentlərə əsaslanaraq layihəni rədd edib.

Digər tərəfdən layihənin qəbul edilməsi Ermənistanın beynəlxalq imicinə də mənfi təsir göstərəcəkdi. Əgər belə bir qanun qəbul edilmiş olsaydı, bu, Ermənistanın həm Aİ ilə münasibətlərinə, həm də Avropa Şurası çərçivəsində mövqelərinə ciddi zərbə vuracaqdı. Hakimiyyətin bu riskləri nəzərə alaraq layihəyə qarşı çıxması əslində, praqmatik yanaşma idi.

Bununla yanaşı, parlamentdə aparılan müzakirələr cəmiyyətdəki dərin ziddiyyətləri də bir daha üzə çıxardı. Ermənistan siyasi mühitində radikal müxalifət hər zaman tarixi-milli, bir sözlə həssas mövzular üzərindən xal toplamağa çalışıb. Onların arqumentləri əsasən emosiyalara söykənir, hüquqi və siyasi reallıqlara isə çox az dərəcədə əsaslanır. Hakim partiya isə öz mövqeyində daha çox hüquqi məntiqə, beynəlxalq öhdəliklərə və siyasi məqsədəuyğunluğa üstünlük verdi. Bu qarşıdurma bir daha göstərdi ki, Ermənistanda tarixi mövzular üzərində qurulan siyasət milli maraqlardan çox siyasi intriqalara xidmət edir.

Diqqətçəkən məqamlardan biri də odur ki, layihə qəbul edilsəydi onun praktikada tətbiqi çoxlu suallar doğuracaqdı. Məsələn, hansı ifadə konkret olaraq “soyqırımı”nın inkarı, hansı isə sadəcə alternativ baxış sayılacaq? Akademik müzakirələr və ya tarixi araşdırmalar bu qanunun hədəfinə düşəcəkdimi? Hətta, bəzi erməni hüquqşünasları da açıq şəkildə bildirirdilər ki, belə bir qanunun tətbiqi real həyatda qeyri-müəyyənlik yaradacaq və məhkəmələrdə siyasi sifarişli işlərin artmasına səbəb olacaq.

Nəticə etibarilə Ermənistan parlamentində qanun layihəsinin dəstəklənməməsi müəyyən mənada rasional qərar kimi görünür. Bu addım ölkənin həm daxili hüquq sistemində, həm də beynəlxalq münasibətlərdə əlavə gərginliyin yaranmasının qarşısını aldı. Amma eyni zamanda, müxalifətin əlində hakimiyyəti tənqid etmək üçün yeni bir mövzu formalaşdı. Güman etmək olar ki, onlar bu qərarı “tarixi yaddaşa xəyanət” kimi təqdim edərək siyasi dividend qazanmağa çalışacaqlar.

Görünən odur ki, “soyqırımı” mövzusu Ermənistanda hələ uzun illər siyasi gündəmdə qalacaq. Müxalifət bundan populist şüarlar üçün istifadə etməyə davam edəcək, hakimiyyət isə beynəlxalq öhdəlikləri və praqmatik maraqları əsas gətirərək balanslı mövqe sərgiləyəcək. Bu isə ölkədə daxili gərginliyi azaldan deyil, əksinə, daha da artıran bir faktor olaraq qalacaq. Beləliklə, parlamentin son qərarı həm hüquqi baxımdan düzgün, həm də siyasi baxımdan məqsədəuyğun sayılsa da, Ermənistan cəmiyyətindəki köhnə ziddiyyətləri daha da üzə çıxardı. Tarix bir daha göstərdi ki, emosiyalar üzərində qurulan siyasət uzunmüddətli nəticələr vermir. Ermənistan isə hələ də bu labirintdən çıxa bilmir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri