Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 dekabr, AZƏRTAC “Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir.
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb.
Sanator-kurort müalicə bu etapların içərisində özünəməxsus yer tutur və onun tətbiqi vacibdir.
Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyasi ilə nəticələnməsi baxımından, vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir”.AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova deyib.
O qeyd edib ki, xəstəliyin müalicəsində sanator-kurort müalicəsi və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir: “Çünki dünya əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir.
Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişini, müxtəlif aktivlik dərəcəsini, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi differensial yanaşma tələb olunur.
Belə ki, fizioterapevtik müalicədən ultrasəs müalicəsi, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur.