Icma.az
close
up
RU
Revmatoloq: Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnoz qoyulması vacib şərtdir AZƏRTAC

Revmatoloq: Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnoz qoyulması vacib şərtdir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

“Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir. Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb. Sanator-kurort müalicə bu etapların içərisində özünəməxsus yer tutur və onun tətbiqi vacibdir. Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyasi ilə nəticələnməsi baxımından, vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova deyib.

O qeyd edib ki, xəstəliyin müalicəsində sanator-kurort müalicəsi və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir: “Çünki dünya əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir. Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişini, müxtəlif aktivlik dərəcəsini, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi differensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicədən ultrasəs müalicəsi, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan Naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Ancaq bu göstərilən faktorlardan hidrogen sulfidli vannalarla müalicə öz effektliyinə görə xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə parogenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadasında, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir.

Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri