Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC Rəyasət Heyətinin iclasında AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr müzakirə olunubBu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 4-də yekun yubiley tədbiri keçiriləcək.
Akademik İsa Həbibbəyli yekun yubiley tədbirində 21 ölkənin akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacağını söyləyib.
Qeyd edib ki, noyabrın 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.
Akademiyanın 80 illik yubileyi ilə bağlı hazırlanan nəşrlər barədə məlumat verən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlər – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı”, “Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar yollarında” kitab və monoqrafiyalar, ikicildlik “Azərbaycan Milli Elmlər Akademiyası.
Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin b
olmaqla, ümumilikdə 50-yə yaxın nəşrin hazırlanması nəzərdə tutulub.