Icma.az
close
up
RU
Rəyasət Heyətinin iclasında AMEA nın 80 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

Rəyasət Heyətinin iclasında AMEA nın 80 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Rəyasət Heyətinin iclasında AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr müzakirə olunub

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 4-də yekun yubiley tədbiri keçiriləcək. Akademik İsa Həbibbəyli yekun yubiley tədbirində 21 ölkənin akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacağını söyləyib. Qeyd edib ki, noyabrın 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

Akademiyanın 80 illik yubileyi ilə bağlı hazırlanan nəşrlər barədə məlumat verən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlər – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı”, “Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar yollarında” kitab və monoqrafiyalar, ikicildlik “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin biblioqrafiyaları, “Elm və həyat” jurnalının xüsusi buraxılışı və s. olmaqla, ümumilikdə 50-yə yaxın nəşrin hazırlanması nəzərdə tutulub. Akademik İsa Həbibbəyli bildirib ki, bu nəşrlər akademiyanın keçmişini və bu gününü, əldə etdiyi nailiyyətləri gənc nəslə, eləcə də AMEA-nın yubileyi ilə bağlı ölkəmizə gələcək qonaqlara təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

İsa Həbibbəyli qeyd edib ki, bu nəşrlər AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisində ölkə və beynəlxalq elmi ictimaiyyətə təqdim ediləcək. Həmçinin tədbir çərçivəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış və AMEA-nın fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş olunacaq.

AMEA rəhbəri yekun yubiley tədbirinin elmi və təşkilati baxımdan mükəmməl hazırlanmasının yubiley çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib və müvafiq tapşırıqlarını verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri