Riskdən qorunmaq üçün bu tövsiyələrə əməl edin KONKRET | Icma.az
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dabaq heyvanlar arasında sürətlə yayılan virus mənşəli xəstəlikdir.
Bəs belə halda yoluxmuş heyvanın ətindən istifadə insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, dabaq əsasən heyvan xəstəliyi hesab olunur və insanlara çox nadir hallarda yoluxur.
Bununla belə, xəstə heyvanın ətindən istifadə qida təhlükəsizliyi baxımından risk daşıyır: “Xəstə heyvanın əti birbaşa virus mənbəyi olmasa da, belə ət qida təhlükəsizliyi baxımından risklidir.
Xəstə heyvanlar yeməkdən imtina edə, hərəkətsizləşə, çəki itirə bilər.
Sağlam ətin rəngi çəhrayı-qırmızı tonlarında olur, xoşagəlməz qoxusu olmur.
Ət yalnız baytarlıq nəzarətindən keçdikdən sonra istifadəyə yararlı sayılmalıdır.” Ekspertin sözlərinə görə, təkcə ətin görünüşünə baxaraq onun sağlam heyvana aid olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.
Tam oxu
Xəbəri oxu