Icma.az
close
up
RU
Riskdən qorunmaq üçün bu tövsiyələrə əməl edin KONKRET

Riskdən qorunmaq üçün bu tövsiyələrə əməl edin KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dabaq heyvanlar arasında sürətlə yayılan virus mənşəli xəstəlikdir. Bəs belə halda yoluxmuş heyvanın ətindən istifadə insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, dabaq əsasən heyvan xəstəliyi hesab olunur və insanlara çox nadir hallarda yoluxur. Bununla belə, xəstə heyvanın ətindən istifadə qida təhlükəsizliyi baxımından risk daşıyır:

“Xəstə heyvanın əti birbaşa virus mənbəyi olmasa da, belə ət qida təhlükəsizliyi baxımından risklidir. Xəstə heyvanlar yeməkdən imtina edə, hərəkətsizləşə, çəki itirə bilər. Sağlam ətin rəngi çəhrayı-qırmızı tonlarında olur, xoşagəlməz qoxusu olmur. Ət yalnız baytarlıq nəzarətindən keçdikdən sonra istifadəyə yararlı sayılmalıdır.”

Ekspertin sözlərinə görə, təkcə ətin görünüşünə baxaraq onun sağlam heyvana aid olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Bu, yalnız laborator müayinə ilə dəqiqləşdirilə bilər.

“Əti qaynatmaq və ya yüksək temperaturda bişirmək bəzi mikrobioloji və viral təhlükələri azaldır,  amma bu, xəstə heyvanın ətindən istifadənin tam təhlükəsiz olduğu anlamına gəlmir. Belə ətlərdə əlavə toksinlər, zəhərlənməyə səbəb olan maddələr və bakteriyalar ola bilər,” – deyə A.Vəliyev vurğulayıb.

O, əlavə edib ki, ət məhsullarının dondurulması və ya qurudulması dabaq virusunu tam məhv etmir. Virus müəyyən şəraitdə uzun müddət sağ qala bilir.

Ekspert istehlakçılara aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:

Ət yalnız baytar nəzarətindən keçmiş heyvanlardan alınmalıdır; Kəsim zamanı heyvanın hərəkət qabiliyyəti, yemək yeməsi, ayaq və limfa düyünlərində dəyişikliklərin olmamasına diqqət edilməlidir; Ət soyuducuda müvafiq temperaturda saxlanmalı, bişirərkən isə ən azı 70°C temperaturda hazırlanmalıdır; Yoluxma halları qeydə alınmış rayonlardan ət alarkən xüsusi ehtiyatlılıq göstərilməlidir.

Asim Vəliyev vurğulayıb ki, dabaq xəstəliyinə qarşı ən etibarlı qorunma yolu xəstə heyvanların kəsilməməsi və bazara çıxarılmamasıdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri